Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (27-09-2016, 20:51)
Cabbarovun hədəfə çevrilmə səbəbi


Referendumdan sonra hakim komandada ciddi dəyişikliklərin olacağı qaçılmazdır. Bu barədə hakimiyyət rəsmiləri də mediaya açıqlamalarında bəyan edib.
Mediatv.az xəbər verir ki, Gununsesi.info-ya yaxın zamanlarda hakimiyyət komandasında “vurulacaq” şəxslərdən birinin kimliyi bəlli olub. 

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bu şəxs təhsil naziri Mikayıl Cabbarovdur. Nazirin komandadan uzaqlaşdırılmasının səbəbi isə onun nazir təyinatında MTN rəhbəri Eldar Mahmudovun rolunun olmasıdır. Bildirilir ki, Mikayıl Cabbarovun nazir kimi təqdimatını siyasi rəhbərliyə sabiq MTN şefi edib. Eldar Mahmudovun “vurulmasından” sonra Mikayıl Cabbarov özü də işdən kənarlaşdırılacağını gözləsə də ölkə başçısı qərarını verməkdə tələsməyib.

Məlumatda qeyd olunur ki, referendumun nəticələrinin Konstitusiya Məhkəməsində təsdiqlənməsindən bir neçə gün sonra təshil naziri də daxil olmaqla bir neçə nazir postu ilə vidalaşmalı olacaq. 

Bilik Günü ilə bağlı təmir olunmuş məktəblərin açılışına Mikayıl Cabbarovun buraxılmaması da buna əsas verir. Paytaxtın bir neçə yerində məktəb açılışlarında ölkə prezidentini Bakı meri Hacıbala Abutalıbov müşaiyyət edib.

Mikayıl Cabbarovun nazir təyinatından sonra təhsil ictimaiyyətinin gözlədiyi müsbət yeniliklərin baş verməməsi də rəhbərliyin diqqətindən yayınmayıb. Təhsil ocaqlarında korrupsiya və rüşvət halları əvvəlki illərdəki kimi davam etməkdədir. 
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024