Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-09-2016, 17:48)
Şamaxıda təhsil işçilərininn növbəti sentyabr konfransı keçirilib

Şamaxıda təhsil işçilərininn növbəti sentyabr konfransı keçirilib

 

 

 

Sentyabrın 8-də Şamaxıda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzmüşlər.

Mediatv.az xəbər verir ki, rayon Mədəniyyət sarayında keçirilən konfransda rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev 2015-2016-cı tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdikdən sonra məruzə ətrafında rayonun Əngəxaran kənd tam orta məktəbinin müəllimi Cavid İslamov, şəhər 2 saylı tam orta məktəbin müəllimi Mehriban Eyyubova, Çarhan kənd tam orta məktəbinin müəllimi Briliyant Hacıyeva, Avropa liseyinin müəllimi Səadət Hüseynova və şəhərin Texniki, hümanitar və təbiət fənləri təmayüllü internat tipli liseyinin məzunu, 2016-cı ildə keçirilən qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyent Ləman Bayramlı ətraflı çıxış etmişlər.

Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olunmuşdur. Bildirilmişdir ki, şagirdlərin müasir tələblərə cavab verən məktəblərdə təhsil almaları üçün son illər respublikamızın hər yerində olduğu kimi Şamaxıda da yeni məktəb binaları tikilib istifadəyə verilmiş, bəziləri əsaslı təmir edilmişdir. Həmçinin ötən tədris ilində rayonun Şərədil kənd ümumi orta məktəbi üçün 80 yerlik yeni bina tikilərək Novruz bayramı ərəfəsində şagirdlərin istifadəsinə verilmişdir. Bundan əlavə rayonun Mədrəsə qəsəbə tam orta məktəbi üçün 380 yerlik məktəbin tikintisi tam başa çatdırılmış, yeni tədris ilinin başlaması ilə əlaqədar açılışı nəzərdə tutulmuşdur.

Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunmuşdur.

Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Rasim Verdiyev də çıxış etmişlər.

Rayon rəhbəri çıxışında 2015-2016-cı tədris ilində əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar barədə danışmış, buraxılmış nöqsanların aradan qaldırılması üçün öz tövsiyələrini bildirmişdir.

 

Sonda 2016-cı ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 14 məzun rayon icra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmiş, onlara qiymətli hədiyyələr və pul mükafatları təqdim olunmuşdur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024