Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-09-2016, 21:10)
Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur -Fotolar

Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur -Fotolar

 

Bakı şəhərinin  mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün  hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman  diqqət mərkəzində olumuşdur. Rayonda  8 ali, 25 orta və 34 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Mediatv.az xəbər verir ki,   Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışmışdır.

Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmr olunmuşdur. Dövlət Proqramına uyğun olaraq rayonumuzda  hal hazırda 247 saylı tam orta məktəb əsaslı təmir olunmuşdur.

Ölkə başçısı cənab İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Nəsimi rayonunun təhsil müəssisələri üzrə :

11 və 268   saylı xüsusi  məktəblərin, 52, 102, 119 saylı uşaq bağçalarının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının, 7 saylı musiqi məktəbinin  əsaslı təmiri nəzərdə tutulmuşdur. Təhsil müəssisələrində yaradılan şərait burada təhsilin səviyyəsinin artmasına birbaşa şərait yaradır.

Yay tətili zamanı rayonun bütün orta məktəblərdə cari təmir işləri aparılmışdır. 

Bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 28 nəfər, 54 saylı məktəbdən  18 nəfər, 19  saylı orta məktəbdən 16 nəfər, 5 saylı məktəbdən 12 nəfər,  14 saylı orta məktəb və Elitar Gimnaziyadan  10  nəfər  500-dən çox bal toplamışdır.

Tədbirdə çıxış edən Texniki Humanitar Liseyinin  direktoru Səidə Zeynalova Nəsimi rayon təhsilinin uğurlarından danışmış, qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış  məzunlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.  

 2015-2016-cı tədris ildə 695 bal toplamış məzun Fatimə Abdinli və 690 bal toplamış Aidə Qəhrəmanova  təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və  aztəminatlı ailələrdən olan 300 yaxın uşağa isə məktəbli forması hədiyyə olunmuşdur.

Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur -Fotolar
Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur -Fotolar

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024