Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (6-09-2016, 15:13)
Abutalıbov belə yeyir, belə dağıdır... - ARAŞDIRMA

Abutalıbov belə yeyir, belə dağıdır...
Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 2016-cı ildəki dövlət satınalmalarında xüsusi olaraq bir şirkətin adı ön plana çıxır. Bu da "Kontakt-F” adlı Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). 

Mediatv.az xəbər verir ki, Qaynarinfo.Az-ın araşdırmasına görə, adıçəkilən idarənin həmin şirkətlə həyata keçirdiyi tender əməliyyatlarının ümumi məbləği milyonlarla manat dəyərindədir. 

Məsələn: 
- dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədi ilə 813.649,41 manat;
- idarənin xərcləri üzrə satınalma məqsədi ilə 1. 645.748,34 manat;
- Yumşaq inventarların satın alınması məqsədi ilə 1. 984. 978,45!

Bundan başqa, adıçəkilən idarə "Kontakt-F” MMC ilə dəyəri 2.049.999,58 manat olan "digər alış və xidmətlər üzrə” satınalmanı həyata keçirib. Həmçinin dəyəri 2.368.956,2 manat olan digər maşın və avadanlıqların satın alınması da sözügedən şirkətə həvalə olunub. 

İdarənin 347.9971,98 manatlıq sair xərclər üzrə (?!), 861.456,64 manatlıq avadanlıqların satın alınması üzrə tender əməliyyatları da "Kontakt-F” tərəfindən aparılıb. 

Qeyd edək ki, Qaynarinfo.az-ın hələ bir neçə ay əvvəlki araşdırmasında "Kontakt-F”in adı meriyanın tabeliyindəki digər bir neçə qurumun da iri tender əməliyyatlarında keçirdi. 

Bundan başqa, ötən ay məlum olub ki, satınalmalara dair müsabiqələrin yekun protokollarına görə «Kontakt-F» MMC yarandığı vaxtdan ümumi məbləği 17 milyon 199 min 829 manat olan 28 müqavilə imzalayıb. Azərbaycan reallığında isə bir şirkətin bu qədər nəhəng məbləğdə dövlət satınalmasınə həyata keçirməsi güclü məmur himayəsi olmadan mümkünsüz hesab edilir. 

Bundan başqa, bir neşə ay əvvəlki araşdırmamızda da qeyd etmişdik ki, ən maraqlısı dövlət satınalmalarında belə böyük payı olan bu şirkətlə bağlı internet resurslarında demək olar, heç bir bilgiyə rastlanmamasıdır. Şirkətin nəinki öz rəsmi saytı yoxdur, üstəlik, onun adı ilə bağlı hər hansı məlumatla qarşılaşmaq mümkün deyil.

Bu isə həmin tenderlərin obyektivliyi və şəffaflığına dair şübhələri daha da artırır. 

Onu da vurğulamaq yerinə düşər ki, Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə Eldar Yunusov rəhbərlik edir. Onun paytaxt meri Hacıbala Abutalıbovun ən yaxın adamlarından biri olduğu da gələn məlumatlar arasındadır. 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024