Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (5-09-2016, 14:49)
SUMQAYIT QUDALAR, QOHUMLAR ŞƏHƏRİNƏ ÇEVRİLİR

 

İcra başçısı qudasının qızı Təranə Rəcəblini səhiyyə şöbəsinə müdir gətirir.
Son vaxtlar yavaş-yavaş, sanki xəlvətcə artmaqda olan qiymət artımları bu gün əhali arasında ən çox müzakirə olunan mövzulardan biridir. Əhali təlaş içindədir. İnsanlar etirazlarını bir-birinə bildirməklə sanki, təsəlli tapırlar. Narazılıqlarını isə biruzə verməkdən çəkinirlər. 
Gənclər şəhəri adlandırdığımız Sumqayıtda isə vəziyyət bir başqa cürdür. Burada əhalinin gündəlik tələbat malları ilə bağlı olan problemlərinin üstünə əlavə, işsizlik problemi də gəlməkdədir. Gəncliyindən əsər-əlamət qalmayan Sumqayıtda son bir ildə baş verənləri heç kim anlaya bilmir. 
Heç kimə sirr deyil ki, burada vaxtı ilə yerliçilik, qohumbazlıq kimi amillərə üstünlük çox verilirdi. Lakin mərhum prezidentimiz, ulu öndər Heydər Əliyev 2003-cü ilin aprelində bu mifi tamamilə dağıtdı. Onun təyin etdiyi şəhər rəhbərliyi bütün bölgələrdən olan insanlara vəzifə verdi, digərlərinə özəl sektorda işləmək üçün şərait yaratdı. 
Lakin Zakir Fərəcovun bu şəhərə İcra başçısı təyin edilməsi Heydər Əliyev siyasətinin üstündən böyük bir xətt çəkməli oldu. Zakir Fərəcovun Sumqayıt şəhərində apardığı kadr dəyişiklikləri barədə dövrü mətbuatda kifayət qədər yazılıb. Bu mövzuya daha ətraflı gələn yazılarımızda bir də toxunmaq fikrindəyik. Lakin bu yazıda konkret olaraq bir nəslin Sumqayıt şəhərində birdən-birə söz sahibinə çevrilməsinə toxunacağıq. 
Bu şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkəni Pərvin Əsədovdur. Onun haqqında da dövrü mətbuatda kifayət qədər yazılıb. MTN qalmaqallarına qədər keçmiş Milli Təhlükəsizlik Nazirliyi Qaradağ Rayon Şöbəsinin rəisi olmuş Pərvin Əsədovun Eldar Mahmudov komandasına yaxın bir şəxs olduğu heç kimə sirr deyil. Pərvin Əsədovun bu oyunlardan müəmmalı şəkildə çıxmasında da Zakir Fərəcovun rolu olduğu istisna deyil. Redaksiyamıza verilmiş ən son məlumatlara görə bu gün İcra başçısının kürəkəni Sumqayıt şəhərində aparılan tikinti işlərinə qeyri-leqal rəhbərlik edir və sahibkarlara meydan oxuyur. Sumqayıt şəhər 1 saylı Doğum Evinə isə Zakir Fərəcov kürəkəninin bacısı Təranə Rəcəblini təyin etdirib. Buna Sumqayıtda heç kimin şübhəsi yoxdur, Təranə Rəcəbli bu vəzifəyə gələnə qədər Sumqayıt şəhərində Zaman İskəndərova məxsus «Real» Tibb Mərkəzinin baş həkimi olub. Lakin Fərəcov Sumqayıt Şəhər İcra Hakmiyyətinə başçı təyin olunan kimi məhz Zaman İskəndərovun qızı Sevda Əlizadəni doğum evinin baş həkimi vəzifəsindən uzaqlaşdırmaq istədi. Bir müddət müvəffəq ola bilmədi, onun da pərdə arxası tərəfləri olduğundan üstündən keçirik. Lakin sual olunur. Nə üçün Oqtay Şirəliyev Səhiyyə Naziri kimi məhz Təranə Rəcəblini həmin doğum evinə baş həkim məsləhət gördü?. Təranə Rəcəblinin tibb sahəsindəki xidmətlərindən xəbərimiz yoxdur. Əgər yaxşı kadrları niyə başqa bir doğum evinə baş həkim təyin etməyib? Və digər bir sual yaranır: Niyə məhz Zakir Fərəcov Sumqayıt şəhərinə İcra başçısı təyin edildikdən sonra Təranə Rəcəbli bu vəzifəyə gəlir? Əgər öz qohumu İcra başçısı olmadan Təranə xanım bu vəzifədən getsəydi, onda onun tibb sahəsindəki xidmətləri olduğu nəzərə alınardı, deyilmi?
Lakin Təranə Rəcəbli Sumqayıtda 1 saylı doğum evinə baş həkim təyin olunduqdan sonra qiymətlər də 500 manatdan 800-1000 manata qalxıb. Guya xəstəxanada təmir işləri aparır Təranə Rəcəbli! Hansı pullarla, maraq doğurur? Bizə verilən son məlumatlara görə artıq Təranə Rəcəbli Sumqayıt Şəhər Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyevin yerinə göz dikib. Belə ki, Zakir Fərəcov ötən ay səhiyyə işçilərinin toplantısında Səhiyyə İdarəsinin müdirinə şiddətli töhmət verib və öz hesabına məzuniyyətə göndərib. Bir müddət sonra çıxacaq xəbərdən isə təəccüblənməli heç nə yoxdur. Çünki Təranə Rəcəbli özünü artıq Sumqayıt Şəhər Səhiyyə İdarəsinin müdiri kimi aparır. 
Zakir Fərəcovun qudaları üçün yaratdığı şərait Sumqayıtda hamıya məlumdur. Bu bizim kəşfimiz deyil. Lakin görəsən bu İcra başçısı tərəfindən atılmış haqlı bir addımdırmı? Və görəsən Zakir Fərəcov bir «Şöhrət» ordenli dövlət məmuru kimi buna necə haqq qazandıra bilər? 
Axı ölkəmiz Konstitusion bir ölkədir və burada hər kəsin işləmək hüququ var. Qohumbazlığa, yerliçilyə və digər amillər üstünlük verilmədən(qanun namine.info)

Telman Məmmədov. 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024