Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (29-08-2016, 12:47)
“Məxmər-77”nin nümayəndələri “Azərişıq”dan xəbərsiz iş görür?

“Məxmər-77”nin nümayəndələri “Azərişıq”dan xəbərsiz iş görür?

 

Mediatv.az xəbər verir ki, bu günlərdə Kavkaznews.az saytında ““Məxmər-77” vətəndaşlara kompensasiya verməkdən boyun qaçırır?” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, Quba rayonu Təngəaltı sakini Dəyanət İmamov Qafqaz Xəbər Agentliyinə müraciət edib. D.İmamov bildirib ki, “Azərişıq”dan tender udan “Məxmər-77” şirkəti bu yaxınlarda elektrik ötürücüləri xəttini onun atası – Məmmədağa İmamova məxsus torpaq sahəsindən çəkmək istəyib. Onun szlərinə görə, “Məxmər-77” MMC-nin nümayəndələri ekskavatorla torpaq sahəsindəki ağacları məhv etməyə çalışıblar. “Mən və ailə üzvlərimiz onlara imkan vermədik. Heç kim bizimlə danışıq aparmadı və maddi ziyana görə kompensasiya təklif etmədi. Biz “Məxmər-77”yə torpağımızı güzəştə getmək fikrində deyilik. Lakin təkbaşına hüquqlarımızı qoruya biləcəyimizə ümidimiz azdır”, – deyə D.İmamov əlavə edib.

Həqiqətənmi, “Məxmər-77” şirkəti torpaq sahibinin icazəsi olmadan, həmin ərazidə ağacları məhv etmək və elektrik ötürücüsü xətti çəkmək istəyib? Biz bu sualı şirkətin Sabir adlı əməkdaşına verdik (soyadını bizə bildirmədi – red.), o isə belə cavab verdi: “Biz mülkiyyət hüququnu pozmuruq. Bizim çəkdiyimiz xətlər sadəcə Vəlvələ çayı sahili boyunca, pay torpaqlarından keçir. “Dayanın, məgər pay torpaqları özəl mülkiyyət deyil?” – deyə soruşduq. “Xeyir, bu torpaqlar dövlət torpağıdır və kəndlilərə istifadəyə verilib”, – deyə şirkət nümayəndəsi bildidi.

“1997-ci ildəki torpaq islahatları nəticəsində kolxoz və sovxoz torpaqları kənd sakinlərinin özəl mülkiyyətinə verilib axı”, – deyə xatırlatdıq.

“Nolsun ki, özəl mülkiyyətə verilib? Axı xətlərin altındakı hər şey mülkiyyətçilərin özünə qalır”, -deyə Sabir adlı “Məxmər-77” nümayəndəsi cavab verdi (Kavkaznews.az).

Avqustun 10-da Dəyanət İmamov yenidən bizimlə əlaqə saxladı və “Məxmər-77” tərəfindən aparılan işlərin dayandırıldığını dedi. “Məlum deyil, onlar gələcəkdə nə edəcəklər. Elektrik dirəkləri üçün gətirdikləri şalbanları bizim həyətimizdə qoyub gediblər”, – deyə D.İmamov qeyd etdi.

Avqustun 25-də Dəyanət İmamov yenidən Kavkaznews.az-a müraciət etdi: “Həyətimizə Sabir başda olmaqla “Məxmər-77”nin işçiləri gəldilər. Onlar bizim torpaq sahəmizdə elektrik dirəkləri basdırmaq niyyətindədirlər. Sabir deyir ki, şəxsən “Azərişıq” ASC-nın rəhbəri Baba Rzayevin göstərişi ilə hərəkət edir”. Kavkaznews.az Sabirlə əlaqə saxladı.

“Bu, dövlət proqramıdır. Biz Dəyanət İmamovun torpağına dəymirik. Biz “Azərişıq”ın rəhbəri Baba Rzayevin göstərişiylə hərəkət edirik. İndi bura böyük adamlar gəlir”, – deyə Sabir bildirdi. Bizim “Kimdir bu böyük adamlar?” sualımıza “Məxmər-77”nin nümayəndəsi belə cavab verdi: “Onlar “Azərişıq”ın nümayəndələridir”. Dəyanəy İmamov isə “Məxmər-77” nümayəndəsinin sözlərini təkzib etdi. “Sabir yalan danışır. O, öz işçiləriylə bizim torpaq sahəmizdə dirək basdırmağa çalışır” Biz “Azərişıq” ASC-nin sədri Baba Rzayevin köməkçisi Əli müəllimlə (təəssüf ki, soyadını bildirmədi – red.) əlaqə saxladıq. Onun sözlərinə görə, “Azərişıq” rəhbərliyi “Məxmər-77”yə hər hansı göstəriş verməyib. Sədr köməkçisi bizə “Azərişıq”ın mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlamağı təklif etdi. Lakin T.Mustafayev bizim suallarımıza cavab verməkdən imtina etdi. 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024