Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-04-2014, 17:20)
Rauf Mirqədirov həbsində Rusiyanı ittiham etdi

Vəkil Fuad Ağayev bu gün MTN-in İstintaq təcridxanasında Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova baş çəkib


“Turan”-ın məlumatına görə, vəkil jurnalistin öz həbsində Rusiya xüsusi xidmət orqanlarını təqsirli bildiyini söyləyib: “ Belə ki, o, Rusiyanın siyasəti haqqında tənqidi materiallarına görə həbs edildiyini hesab edir.

Mirqədirov bütün casusluq ittihamlarını təkzib edir və istədiyi qəzetlərin heç birinin ona verilməməsindən şikayət edir. Eyni zamanda, ona yalnız rəsmi mətbuatı verirlər”.

Vəkil bunu informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirib.

Vəkil həmçinin bildirib ki, 5 gün əvvəl müraciət edilməsinə baxmayaraq, MTN jurnalistin valideynləri ilə görüşməsinə icazə verməyib. “Vəkillər aprelin 25-də həm işi aparan müstəntiqə, həm baş prokurorun müavini Rüstəm Usubova, həm də istintaq təcridxanasının rəisinə müraciət ediblər. Amma hələ ki, bizim müraciətlərə cavab verilməyib”, - deyə Ağayev bildirib.

Xatırladaq ki, Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılıb və ölkədən deportasiya olunub. Bakıya gəldikdən sonra o, təyyarədə həbs ediib və MTN-ə aparılıb. Növbəti gün onu Ermənistanın xeyrinə casusluqda ittiham ediblər.

Onu da xatırladaq ki, o, həbsinə görə ilk günlər gah Türkiyə, gah da Azərbaycan hakimiyyətini günahlandırırdı. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024