Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (9-08-2016, 11:38)
Baba Rzayev də Etibar Pirverdiyevin yolu ilə gedir

Baba Rzayev də Etibar Pirverdiyevin yolu ilə gedir

 

Məlum olduğu kimi, Azərbaycanda elektrik enerjisinin bahalaşmasından 2 həftə sonra "Azərişıq" Səhmdar Cəmiyyəti və Asiya İnkişaf Bankı (AİB) kredit sazişi imzalayıblar.
Rəsmi açıqlamaya görə, saziş Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılması məqsədi daşıyır. 5 illi güzəştli olmaqla 25 il müddətinə verilən birinci tranşın məbləği 250 milyon dollardır. 
Xatırladaq ki, prezidentin 10 fevral 2015-ci il tarixli sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Quruma bundan əvvəl “Bakıelektrikşəbəkə”yə rəhbərlik etmiş Baba Rzayev sədr təyin olunub.
Sözügedən sərəncamla Azərbaycan ərazisində  “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisilə istehlakçıların təmin olunması fəaliyyəti  “Azərişıq”-a ötürülüb. O cümlədən, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan “Azərenerji” -nin balansındakı əmlak və digər avadanlıqlar “Azərişıq”-ın balansına verilib.
Ancaq maraqlıdır ki, qurum yaradıldıqdan qısa müddət sonra borclanmağa başlayıb. Qaynarinfo.az-ın məlumatına görə, 2016-cı ilin əvvəlinə “Azərişıq ” ASC-nin “Azərenerji” ASC-yə 49,6 milyon manat borcu var. Bundan başqa, qurumun 2015-ci ildəki xalis itkisi 31,287 milyon manat olub.
Belə görünür ki, qarşıdakı mərhələdə Baba Rzayevin rəhbəri olduğu ASC borclanmaya davam edəcək. 
Xatırladaq ki, Etibar Pirverdiyevin sədri olduğu “Azərenerji” hazırda ən çox vorcu olan iri vergiödəyicilərindən biridir. Bu qurumun ümumi borclarının məbləği bir neçə yüz milyon manatla ifadə olunur. Halbuki “Azərenerji”yə dövlət investisiyaları, daxili və xarici kreditlərlə birlikdə 4 milyard manata yaxın vəsait ayrılıb. Bu qədər vəsaitin müqabilində sözügedən ASC-nin fantastik borclarının yaranması düşündürücüdür. 
Müstəqil ekspertlər bu borclanmanı “Azərenerji”də qeyri-şəffaflığın hökm sürməsi və korrupsiyanın dərin kök salması ilə izah edirlər. 
Belə davam etsə, “Azərişıq”da qısa zamanda borclarının həcminə görə “Azərenerji” ilə “yarışmağa” başlayacaq. Əvəzində isə ölkənin işıq təsərrüfatında müsbət dönüşün baş verəcəyinə çox da ümid etməyə dəyməyəcək. 
Halbuki “Azərişıq”ın yaradılması nəticəsində Azərbaycanın energetika sektorunun xeyli dirçələcəyinə dair gözləntilər vardı. Amma Baba Rzayevin qurumunun ilyarımlıq fəaliyyəti bu gözləntiləri təxirə salmaq üçün xeyli əsaslar yaradır. 
Bu isə “Azərişıq”ın özəlləşdirilməsi ilə bağlı təklifləri yenidən gündəmə gətirir. Əks halda Baba Rzayevin rəhbəri olduğu ASC büdcə üzərində əlavə yükə çevrilmiş qurumlardan, - biri elə Etibar Pirverdiyevin “Azərenerji”sindən! - heç nə ilə fərqlənməyəcək
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024