Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-06-2016, 20:08)
Kürdəmirdə yazıçı publisist Əlisəfa Azayevlə görüş keçirilib - FOTOLAR

 

 

       İyunun 10-da rayonun Atakişili kənd tam orta məktəbində Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü yazıçı publisist Əlisəfa Azayevlə kürdəmirli oxucuların görüşü keçirilib.

Mediatv.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Muzeyin Aran regional şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Əlisəfa Azayevin həyat və yaradıcılıq yolu haqqında oxuculara ətraflı məlumat verərək yazıçının detektiv janrda yazdığı əsərlərinin Azərbaycan oxucularının böyük rəğbətini qazanmasından, 26 adda kitabının təkrar nəşrlə 100000-dən artıq tirajla çap olunmasından danışdı.  

       Görüşdə iştirak edən qonaqlardan yazıçı publisist Mustafa Çəmənli, yazıçı publisist Flora Xəlilzadə, şair Kərəm Kürqıraxlı çıxış edərək Əlisəfa Azayevin qanunlarımızı hər zaman ali tutan, savadlı hüquqşünas olmasından, ədəbiyyata həyatdan gəlməsindən, vətənpərvərliyindən söhbət açdılar.

Oxuculardan Mehriban Məmmədova, Tofiq Abdullayev, İradə Mahmudova, Ağa Zeynalov yazıçının əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər söylədilər.

      Görüşdə AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, millət vəkili, yazıçı publisist Rafael Hüseynovun və dünya şöhrətli xalq yazıçısı Çingiz Abdullayevin  Əlisəfa Azayevin yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər video lent şəklində monitorda göstərildi.

       Məktəblilərin yazıçının əsərlərindən hazırladığı kompozisiyalar və muğam ifaçılarının çıxışları görüşə xüsusi ovqat bəxş etdi.

      Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından yazıçı publisist Əlisəfa Azayevi təbrik etdi, ona yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.

 

      Sonda yazıçı publisist Əlisəfa Azayev oxucuların ona ünvanladığı suallarına cavab verərək bu maraqlı görüş üçün hər kəsə minnətdarlığını bildirdi.


шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024