Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (6-05-2016, 18:14)
Lerikin qalmaqallı məmuru Yardımlıya icra başçı getmək istəyir? - İlginc iddialar

Lerikin qalmaqallı məmuru Yardımlıya icra başçı getmək istəyir? - İlginc iddialar

 

Lerik rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov və müavini Cəlil Baxşıyev rayonda dözülməz vəziyyət yaradıb. 

Mediatv.az xəbər verir ki, bu barədə Qaynarinfo.az saytı xəbər veirir. Saytın məlumatına görə bir neçə gün öncə bununla bağlı rayonun Orand kənd sakinləri də ölkə başçısı İlham Əliyevə sensasion müraciət ünvanlamışdılar. 

Onlar bildiriblər ki, icra başçısı birinci müavini Cəlil Baxşıyevdən çəkindiyi üçün rayonda ayrı-seçkilik etmək məcburiyyətində qalıb. Onun birinci müavini Baxşıyev isə deputat İqbal Məmmədovun yaxın qohumudur. Hətta Baxşıyevi icra başçısının birinci müavini postuna da İqbal Məmmədov təyin etdirib. Məhz deputatın himayəsinə sığınan Baxşıyev rayonda özbaşınalıqla məşğuldur. 

Sayta məlumatlandıran Lerik sakinləri isə bildiriblər ki, Cəlil Baxşıyev rayonun ən varlı biznesmeninə çevrilib. O, sahibkarları talamaqla yanaşı, özünə rayonun Zuvand ərzisində "9 qardaş" adlı istirahət mərkəzi açıb. Cəlil Baxşıyevin bu obyektə "9 qardaş" adını verməsi isə təsadüfi deyil, çünki onlar ailədə 9 qardaşdırlar. Məhz rayon bu 9 qardaşın əlində girova çevrilib. 

Cəlil Baxşıyevin mediada da ciddi adamları var. Həmin adamları isə İcra Hakimiyyətində şöbə müdiri (əslində, o da Cəlil Baxşıyevin adamıdır) olan Zamin Əhədov vasitəsilə maliyyələşdirir. O hətta media şəbəkəsi vasitəsilə icra başçısını da vaxtaşırı şantaj edərək özündən asılı saxlayır. 

Sakinlər iddia edirlər ki, Cəlil Baxşıyev faktiki rayonda bölgəçiliklə məşğuldur. Belə ki, o, Zuvanddan olduğu və obyetlərini bu ərazidə tikdiyi üçün rayonun bütün maliyyə sektorunu və layihələrini bu əraziyə yönəldib. Bütün yollar təmir edilib, kəndlər qazlaşdırılıb. Digər ərazilər, xüsusən də Orand və Deriğ əraziləri sahibsiz qalıb. 

Rayondan aldığımız ilginc məlumata görə, Cəlil Baxşıyev hazırda Yardımlı rayonuna icra başçısı getmək üçün cəhdlər edir. Qeyd edək ki, Yardımlının icra başçısı Sevindik Hətəmov prezidentin məlum sərəncamı ilə Salyan rayonuna təyinat alandan sonra sözügedən rayona hələ də icra başçısı təyin olunmayıb. Bu da Cəlil Baxşıyevə Yardımlıya icra başçısı getmək üçün fürsət qazandırıb. 

Mənbə bildirir ki, əslən lerikli olan və Lerikdə bölücülüklə məşğul olan bir məmurun başqa bir rayonda necə icra başçısı işləyəcəyi və vəziyyəti hansı həddə gətirib çıxaracağı indidən bəllidir.

Rayon sakinləri isə hesab edirlər ki, ölkə rəhbərliyi haqqında kifayət qədər şikayət edilən və mənfi imiclə tanınan bu məmura məsuliyyətli bir vəzifəni etibar etməz. 

Məsələ ilə bağlı Cəlil Baxşıyevdən münasibət öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024