Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-04-2016, 20:17)
“37 min yeni iş yeri yaradılıb” – NAZİR

Shahin-Mustafayev_081011

 

“2016-cı ilin birinci rübündə əməkhaqqında artım davam edib, 37 min yeni iş yeri yaradılıb.”

Mediatv.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu qurumda keçirilən geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Dövlət başçısının 2016-cı ilin islahatlar ili olacağını bəyan etdiyini vurğulayan nazir, kollegiyanın sədri Ş.Mustafayev bu istiqamətdə həyata keçirilən tədbirlər və bu ilin birinci rübünün əsas sosial-iqtisadi göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, regional və qlobal səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri davam edib ki, bu da bəzi iqtisadi göstəricilərdə əksini tapıb. Bununla belə, yaradılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində bu ilin birinci rübündə xarici amillərin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimuma endirilməsi mümkün olub. Belə ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində 2016-cı ilin birinci rübündə qeyri-neft sənayesi, kənd təsərrüfatı və bir sıra digər sahələrdə, eləcə də orta aylıq əməkhaqqında artım davam edib, 37 min yeni iş yeri yaradılıb.
Vurğulanıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən ilin yekunlarına görə iqtisadi artıma nail olmaq vəzifə kimi qarşıya qoyulub. Bununla yanaşı, dövlət başçısı qeyri-neft sektorunun inkişafı və ixracın strukturunda bu sahənin xüsusi çəkisinin artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, xarici sərmayələrin cəlb edilməsi, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, regionlarda ümumi dəyəri 2 milyard manata yaxın olan layihələrin icrası, rayonlarda sənaye zonalarının yaradılması, qazlaşdırma, elektrik və su təchizatının yaxşılaşdırılması, kənd yollarının tikintisi, yeni iş yerlərinin açılması və işsizlik səviyyəsinin aşağı salınması, nəqliyyat dəhlizləri üzrə işlərin davam etdirilməsi, tranzit yüklərin cəlb edilməsi üçün səmərəli tarif siyasətinin aparılması və s. tapşırıqlar verib.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024