Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-02-2016, 12:36)
Sumqayıt Texniki Kollecində Mətanət Pirquliyevanın korrupsiya burulğanı

bitmap-img6

 

 

Korrupsiya və rüşvətxorluğun ayaq tutub yeridiyi Sumqayıt Dövlət Texniki Kollecindəki vəziyyət dözülməz həddə çatıb
Mediatv.az xəbər verir ki, amma təhsil nazirliyi susmaqda davam edir. 
Xüsusi olaraq vurğulanır ki, bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. 
Hər zaman yadda saxlamaq lazımdır ki, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə təhsilimizin inkişafına böyük təkan verir.
sumqayit_dovlet_kolleci
Digər tərəfdən isə kollec sitemində təhsil almış mütəxəssislər daha geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərmək imkanları əldə edirlər. Bu isə öz növbəsində kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapmasında ifadə olunur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Bu gün Sumqayıt Dövlət Texniki Kollecində yer almış neqativ hallar da məhz bu deyilənləri təsdiq edən təzahürlər kimi diqqəti cəlb edir. Kollecin direktoru Mətanət Pirquliyevanın yol verdiyi özbaşınalıqlar və qanun pozuntuları isə, hətta, Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır.
 Redaksiyamıza bu xüsusda daxil olan məlumatlarda bildirilir ki, kollecdə dözülməz vəziyyət yaranmışdır. Bu barədə tələbələrin Təhsil Nazirliyinin qaynar xəttinə edilən şikayətlərinə də məhəl qoyulmur. Adının çəkilməsini istəməyən tələbələrin verdiyi məlumata görə, burada bir imtahanın qiyməti 50 manatdan az deyil. Sumqayıt Dövlət Texniki Kollecində olan mənbənin söylədiyinə görə, burada “açıq bazar sistemi” yaradılmışdır: “ Kollecin direktoru Mətanət Pirquliyeva bütün işləri kollecdə işləyən 3 nəfər şöbə müdirlərinin əli ilə görür. Mərkəzləşmiş qaydada hər qrupdan bir tələbə üçün 350 manatdan yığılan pul şöbə müdirinə verilir. Kollecdə tələbələrə “oxuyan qiymət alır” sözləri deyilsə də, imtahan zamanı yaxşı cavab verənlərdən də pul istənilir. Bu dəfə onlara “özün üçün oxuyursan, mənə nə?” sözləri deyilir. Qəribədir, görəsən Təhsil Nazirliyinin bunlardan xəbəri yoxdurmu? Qəti surətdə ola bilməz ki, kollecin direktoru Mətanət Pirquliyeva sessiyada yığdığı yüz minlərdən Təhsil Nazirliyinə məlumat verməsin”.
hqdefault
Daha sonra məlumatlarda qeyd olunur ki, bu kollecdə təhsil alan tələbələr yalnız 1-ci semestr oxuyurlar. Biliyə qiymətin olmadığını gördükdən sonra özlərini oxumaqla yormamağı üstün tutan tələbələr növbəti semestrlərdə sadəcə deyilən məbləği verirlər. Məsələ təkcə bunula da bitmir. Sumqayıt Dövlət Texniki Kollecində qrup nümayəndəsi qoyulmaq üçün də pul tələb olunur. Qiyməti 400-500 manatdır. Həmçinin mənbələr bildirirlər ki, kollecdə tələbələr 3 növdə təqaüd alırlar: əlaçı, zərbəçi və adi. Bu yerləri tutan tələbələr şöbə müdirlərinə müxtəlif məbləğdə pul verirlər. Təbii ki, əlaçı və zərbəçi olmaq 250 manatdan baha başa gəlir. Kollecdə tədris hissəsində baş verən neqativ hallar da diqqəti cəlb edir. Qrup jurnallarında müəllimlərin apadığı qaralamalar, dərsə gecikmə, mövzu-təqvim planının düzgün işlənməməsi kimi xətalar artıq çoxdan adi hala çevrilmişdir. Bundan başqa isə Mətanət Pirquliyevanın rəhbərlik etdiyi kollecdə “aylığa çıxmaq” təcrübəsi də tətbiq olunur ki, bu iş də yalnız direktorun öz şəxsi nəzarətindədir…
Kollecdə təlim və tərbiyənin inkişaf dinamikasını əks etdirən fənn birləşmələri komissiyalarının jurnalları da yarıtmaz vəziyyətdədir. Bu məsələ birbaşa tədris işləri üzrə direktor müavininin üzərinə düşsə də, müavin Mətanət Pirquliyevin topladığı küllü miqdarda vəsaiti tək yediyinə görə, işinə bilərəkdən laqeyddir. Bundan əlavə, tələbələrin təcrübə sahəsində də ciddi axsamalar vardır. Təcrübə rəhbəri təcrübə işlərini tələbələrə təkrar mövzuları yazdırmaqla ciddi bir məsuliyyətin altına girir. Təbii ki, təcrübə rəhbəri bu məsuliyyətin altına da elə-belə girmir. Bu hər tələbəyə ən azından 30-40 manata başa gəlir. Belə gəlirin hesablanmasını da Mətanət xanım daha yaxşı bilir. Tələbələrin təcrübəyə hansı müqavilə əsasında getməsi də şübhə altındadır. Yəni, tələbələrin təcrübə keçəcəyi yerlərlə kollecin heç bir müqaviləsi yoxdur ki, bunun ozü də ciddi məsuliyyətdir. Kollec birbaşa direktorun əsarəti altındadı. Burada çalışan müəllimlər Pirquliyevadan o dövrlər camaat Mircəfər Bağırovdan qorxan kimi qorxur. O bu şəraiti özü belə yaradıb ki, qabağından dillənən olmasın. Təəssüflər olsun ki, Pirquliyevanın əməllərindən hamı xəbərdar olsa da, onun özünün özündən xəbəri yoxdur.
Mövzuya qayıdacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq./sərhəd.info/
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024