Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-12-2015, 14:37)
AQRAR UNİVERSİTETİNDƏ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLƏN KONFRANS KEÇİRİLİB- FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLƏN KONFRANS KEÇİRİLİB- FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda konfrans keçirilib.

Mediatv.az xəbər verir ki, konfransı giriş sözü ilə universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açıb, bu əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

ADAU-nun mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, iştirakçılar həmərəyliyimizlə bağlı filmə baxıblar.

 Konfransda həmçinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan parlamenti tərəfindən 1991-ci il dekabrın 16-da 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsindən və dövlətimizin xaricdə yaşayan azərbaycanlıların sosial-iqtisadi maraqlarının müdafiəsindən, beynəlxalq konvensiyalarda təsbit olunan hüquqlarının qorunmasından danışılıb. Xüsusi vurğulanıb ki, ümummilli liderin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbay­cançılıq ideyası ətrafında birləşdirilməsi və güclü diasporamızın yaradılması siyasətini ölkə başçısı İlham Əliyev bu gün uğurla davam etdirir.

Məruzə ilə çıxış edən Azərbaycan tarixi və fəlsəfə hüquq kafedrasının müəllimlərindən Sevda Abdullayeva, Zümrüd Qəhrəmanova, Aqrar iqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi Aytac Səmadil, Aqrobiznes və idarəetmə fakültəsinin üçüncü kurs tələbəsi Günay İbrahimova Həmrəylik gününün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, diaspor təşkilatlarının yaradılmasındakı xidmətlərindən, dünya azərbaycanlılarının lideri kimi azərbaycançılq ideologiyasını yaratmasından ətraflı danışıblar.

Sonda milli-mənəvi özünəqayıdışın, birliyin, Azərbaycançılığın rəmzi olan həmrəylik bayramının 24 illiyi münasibətilə konfrans iştirakçıları  təbrik edilıb.

AQRAR UNİVERSİTETİNDƏ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLƏN KONFRANS KEÇİRİLİB- FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLƏN KONFRANS KEÇİRİLİB- FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLƏN KONFRANS KEÇİRİLİB- FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLƏN KONFRANS KEÇİRİLİB- FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024