Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-12-2015, 19:36)
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub - FOTOLAR

Bakının Badamdar qəsəbəsinin sakinləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və onun qardaşı Məhəmməd Hüseynovdan şikayətçidirlər. Bununla bağlı redaksiyamıza müraciət edən sakinlər Gunxeber.com-un əməkdaşını sözügedən qəsəbəyə dəvət ediblər. Sakinlər bildiriblər ki, “Azərsu”nun işçiləri bir aydan artıqdır ki, qəsəbənin bütün yollarını qazıb töküblər: “Guya qəsəbədə su və kanalizasiya xətti çəkirlər, köhnələrini yeniləyirlər. Bir aydan çoxdur hər yeri qazıb töküblər. Amma demək olar ki, heç bir iş görmürlər. İşçilər sanki günlərini sayırlar. İşin ləng getdiyinin səbəbini soruşanda isə deyirlər ki, maaşlarını ala bilmirlər. Buna görə də işə həvəssiz yanaşırlar. Onların dediyinə görə, iş icraçısı “Azərsu”yun rəhbəri Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynovdur. O isə işçilərlə kobud davranır, əmək haqlarını tələb edənlərə, maaşların nə zaman veriləcəyini bilmədiyini deyir. İşçilər deyirlər ki, buna görə də, işləmirik, pulumuzu nə zaman verərlər, o zaman da işləyərik. Məhəmməd Hüseynovun bu cür əməllərinə görə bir aydan çoxdur Badamdar xarabaxanaya dönüb. Camaat evlərinə gedə bilmir. Hər tərəfi qazıb töküblər. Qorxmaz Hüseynov hara baxır. niyə qardaşının bu əməllərinə göz yumur. Minlərlə ailənin normal yaşamasına problem yaranıb. Onsuz da camaat ölkədəki vəziyyətdən narazıdır. Bir tərəfdən də Qorxmaz Hüseynov və onun başına yığdığı qohum-əqrabası camaatı hökumətin üstünə qaldırır”.
Sakinlər bildiriblər ki, yaxın günlərdə bu problem həllini tapmasa, onlar sərt etiraz aksiyalarına əl atacaqlar.
Ərazidə gözə dəyən “Azərsu” əməkdaşları da maaşlarını ala bilmədiklərini və bütün günahların M.Hüseynovda olduşunu, işçilər arasında narazılığın son həddə çatdığını bildiriblər: “Qorxmaz Hüseynovun “Azərsu”yu qohum-əqraba şirkətinə çevirdiyini hər kəs bilir. Onun ətrafına yığdığı qardaşı Məhhəmməd Hüseynov, bacısı oğlu Yusifəli, qaynı Namiq Cəbrayılov və digər qohumları hara əl qoyurlarsa oranı xarabazara döndərirlər. Bu adamların işi-gücü ancaq dövlətin milyonlarını müxtəlif yollarla mənimsəməkdir. Bu barədə jurnalistlər də çox yazıb. Amma Qorxmaz Hüseynov onları dayandırmır. İndi də Məhəmməd Hüseynov bizi pis vəziyyətdə qoyub. Həm pulumuzu ala bilmirik, həm də camaat hər gün bizi söyür. Bütün günahı bizdə görürlər. Canımızdan bezmişik”.
Qeyd edək ki, indiyədək Q.Hüseynovun yaxın ətrafının “Azərsu”yun müxtəlif idarələri vasitəsilə dövlətin yüzmilyonlarla manatını necə taladıqları barədə çox yazılıb. Həqiqətən də bu cür maxinasiyalarda ən çox M.Hüseynov, bacıoğlu Yusifəlinin və Namiq Cəbrayılovun adı çəkilir. Görünür Badamdar qəsəbəsini qazıb tökən “Azərsu” əməkdaşlarının da onların adlarını çəkməsi təsadüfi deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Əməkdaşımızın ərazidən çəkdiyi fotoları təqdim edirik. 

Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024