Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-04-2014, 13:55)
ANS bu dəfə Kəlbəcərliləri qəzəbləndirdi - VİDEO

ANS bu dəfə Kəlbəcərliləri qəzəbləndirdi - VİDEO

 

eputat Etibar Hüseynovun ANS-in efirində qaçqın və məcburi köçkünlər barədə sərsəm fikirlər səsləndirəndən sonra bu telekanal daha bir oxşar skandala səbəb olub. Ikinci qalmaqalın səbəbi isə Kəlbəcərin işğal günü “Xəbərçi” proqramının saat 21:00 buraxılışında efirə gedən “Kəlbəcərsiz 21 il” başlıqlı süjetdi. Kəlbəcər sakinləri tələb edirlər ki, bu süjetdə səslənən fikirlərə görə ANS telekanalı üzr istəsin. 

 

Onlar Ləman Əliəşrəfqızının hazırladığı 3.37 dəqiqəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına jurnalistin təhqiramiz ifadələr səsləndirdiyini iddia edirlər. Hesab edirlər ki, süjetdə qoyun-quzu fonunda səsləndirilən “bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu” və “Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar” ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir.

Məsələni qəlizləşdirən məqam isə süjet efirə veriləndən az sonra bununla bağlı iradlarını bildirən kəlbəcərli ziyalılara süjeti hazırlayan jurnalist tərəfindən təkrar təhqiramiz ifadələr səsləndirilməsidir. “Facebook” yazışmalarında ANS-in jurnalisti onu tənqid edənləri qəzet səhifələrinə çıxara bilmədiyimiz ifadələrlə aşağılayıb.

Əslən kəlbəcərli hüquq müdafiəçisi və jurnalist Xalid Vahidoğlu “Azadlıq”a açıqlamasında bildirib ki, onlar da işğal altında olan bütün ərazilərin itirilməsinin səbəblərinin müəyyənləşdirilməsi üçün normal müzakirələrin keçirilməsinin tərəfdarıdır. Amma bu, birtərəfli şəkildə minlərlə insanın təhqir edilməsilə müşayiət olunmamalıdır: “Biz ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə müraciət hazırlamışıq. Müraciətdə, rəhbərlik etdiyi kanalın efirində səsləndirilən təhqiramiz ifadələrə görə üzr istənilməsini tələb edəcəyik”.

Xalid Vahidoğlu deyir ki, süjetdə səsləndirilən ifadələrdə jurnalist etikasının pozulması, təhqir elementlərinin olmasına dair media hüququ ilə məşğul olan ekspertlərin rəyləri də var: “Biz həmin süjeti media ekspertlərinə də göstərdik. Süjetdə jurnalist etikasının pozulduğu və təhqiramiz ifadələrin olması onlar tərəfindən də təsdiqləndi və bu barədə mətbuatda da məlumat yayıldı. Biz müraciətimizi ANS telekanalına göndərəndən sonra bir həftə onların üzr istəməsini gözləyəcəyik. Süjetin efirə verildiyi ”Xəbərçi” verilişində Kəlbəcər sakinlərindən üzr istənilməsə, məsələnin hüquqi müstəvidə həllinə çalışacağıq. Ümid edirik ki, müraciətimiz anlayışla qarşılanaraq yerinə yetiriləcək və məsələnin hüquqi müstəvidə araşdırılmasına ehtiyac qalmayacaq. Azərbaycan hüquqi dövlətdir və heç kəsə insanları təhqir etmək haqqı verilməyib. Bunu edənlər isə qanun qarşısında cavab verməlidir”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024