Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (6-04-2014, 22:15)
‘Baku Medical Plaza’da vətəndaşın 42 min manatını necə əlindən alıblar?

Azərbaycanda fəaliyyət göstərən b’zi özəl klinikalardakı qanunsuzluqlar, xəstələrin aldadılması faktları, rüşvət və korrupsiyalarla bağlı çeşidli informasiyalar yayımlanmaqdadır. Ölkənin səhiyyə sistemində adi hala çevrilmiş bu olayların daha da artması isə insanları şoka salır.

Artıq bir neçə klinikada analizlərə və müayinələrə görə tələb olunan məbləğin artması xəstə yaxınlarının ciddi narazılığına səbəb olub.

Gələn şikayətlər arasında reklam çarxları televiziyalarda yayımlanan və bu iş üçün küllü miqdarda vəsit ayıran «Baku Medical Plaza» ilə bağlı gələn xəbərlər daha dəhşətlidir. Belə ki, burada bəzi tibbi avadanlıqlardan istifadəyə görə qiymətlər süni şəkildə şişirdilir və vətəndaşlardan elementar tibbi xidmətlər üçün fantastik rəqəmlər tələb olunur.

GUNXEBER.COM-un elektron ünvanına göndərilən şikayət məktubunda, bu yaxınlarda avtomobil qəzasına düşmüş şəxslərdən biri “narkoz”dan ayıla bilmədiyi üçün süni aparata qoşulduğu qeyd olunub. Həmin aparatdan gündəlik istifadənin qiyməti isə 700 manatdır. Xəstənin iki aydır aparat vasitəsi ilə yaşadığı deyilir və bu isə təqribən 42 min manat deməkdir:

«Ancaq heç bir nəticə vermədiyi üçün son çərə olaraq mətbuata müraciət etməyi qərara aldım. Yaxın qohumum avtomobil qəzasına düşdükdən sonra onu «Baku Medical Plaza»ya apardıq. Artıq iki aydır ki, o aparata qoşulu şəkildə həyatda qalır. Aparatdan gündəlik istifadənin qiyməti isə 700 manatdır. Bu isə təqribən 42 min manat deməkdir. Özünüz araşdırma aparsanın klinikalarda olan özbaşınalığın şahidi ola bilərsiniz”.

Bundan başqa “Baku Medical Plaza”yla bağlı şikayətlərə klinikanın rəsmi “facebook” səhifəsində də rast gəldik.

Şikayətçilərdən birinin bu haqda bir neçə saat öncə yazıb: “5 yaşlı uşağımız velosipeddən yıxılıb, qolu əzilib. Durmadan ağlayırdı. Baku Medical Plaza yaxındı deyib ora apardıq. Qapıda hamımıza baxil geyindirdilər. Həkimi (Ilkin Tanriverdiyev)çağırdılar, çöldə siqaret çəkirdi. Xalatsız üst geyimində idi. Eləcə əlüstü uşağa baxıb rentgenə göndərdilər. Sonra başqa, elə onun kimi xalat geyinməmiş digər növbətçi həkimlə uzun müddət gözümüzün önündəcə uşağın sınığı-çıxığı olub-olmaması haqda müzakirə apardılar. Artıq qərara gəldik ki, başqa yerdə, başqa həkimə göstərək. Elə bu zaman heç bir şey yoxdu, bir balaca ağrıyıb, uşaq qorxusundan ağlayır dedilər. Səriştəsiz bir sarğı qoyub bizi yola saldılar. (Yəni özümümz başa qaldıq ki, qol asqısı uşağa necə geyindirilməlidir). Uşaq səhərə qədər sızıldayıb. Səhər qonşumuz cərraha rentgenin şəklini göstərmişik: Dəhşət! Deyir ki, qolu iki yerdən çatlayıb, və dirsəkdən çıxıb!! İndi gips qoyulub uşağın qoluna, bir az rahatlanıb. Kimə deyəsən? Belə ayı xidməti nəyə lazımdı axı. Hiddətini ifadə etməyə söz tapmırsan”.

Qeyd edək ki, şikayətçilər yaxın günlərdə bir qrup xəstəylə birlikdə Səhiyyə nazirliyinə müraciət edəcəklərini söyləyib.

Məsələylə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024