Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-08-2015, 13:20)
Füzuli RİH başçısı Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü

Füzuli RİH başçısı Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü

 

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olunmuş tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı  Alı Alıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar və tələbə adını qazanmış şagirdlərin valideynləri iştirak etmişdir.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, bu gün təhsil sahəsində inkişaf təkcə Bakıda deyil, əyalətlərdə də hiss olunmaqdadır. Cəbhə bölgəsinə yerləşəşən Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.

Rayon Təhsil şöbəsinin müdiri Almaz Həşimova çıxış edərək rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat vermişdir. Almaz Həşimova bildirmişdir ki, bu il orta məktəbi bitirən 544 şagird ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verənlərdən 326 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 92 şagird isə orta ümumtəhsil məktəblərinə qəbul olunmuşdur.

“Ali məktəblərə sənəd verən şagirdlərin ümumilikdə 418-i (76 %-i) ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Sənəd verən şagirdlərdən 12-i 600-700 arası, 35-i 500-dən 600-ə qədər bal toplamış, 43 şagird Bakı Dövlət Universitetinə, 16 şagird Azərbaycan Dövlət Neft Akademiyasına, 13 şagird Azərbaycan Tibb Universitetinə, 3 şagird MTN-nin Heydər Əliyev adına Akademiyasına, 2 şagird isə Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuşlar.”

Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.  

Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanmış bütün gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Alı Alıyev tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın, Füzulinin adını həmişə uca tutmağı tövsiyyə etmişdir.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.



Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü
Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü

 

 

Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü
Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü

 

Füzuli RİH başçısı Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü

 

 Füzuli RİH başçısı Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü

Füzuli RİH başçısı Alı Alıyev ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdü

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024