Sosial (29-03-2014, 20:56)
Ziya Məmmədovun qardaşı oğlu haqda şok məlumat
Nəqliyyat naziri Ziya Məmmədovun Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini olan Fuad Nəriman oğlu Məmmədli haqda GUNXEBER.COM-a şok məlumat daxil olub. Xəbər F.Məmmədlinin yaşadığı binanın sakinləri tərəfindən verilib. Onların sözlərinə görə, F.Məmmədli qonşularının canlarını boğazlarına yığıb. Qonşularının dediyinə görə, F.Məmmədli Bakıda yaşadığı binada özündən qaydalar tətbiq edib. Bu qaydalardan biri də rəis müavininin lift qadağasıdı. Məlumata görə, F.Məmmədli yaşadığı binanın blokundakı liftə kilid qoyub. F.Məmmədli səhər həmin kilidlə lifti açır və minib birinci mərtəbəyə düşür. Sonra isə liftin qapısını yenidən kilidləyir və bir də axşam gələndə açır. Beləliklə blokdakı digər mənzil sahibləri liftdən istifadə edə bilmirlər. Bu isə onun qonşularının qəzəbinə səbəb olub. Qonşular ondan şikayət ediblər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.