Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (22-03-2014, 11:02)
Azad Rəhimov Ban Ki Munu Bakıya dəvət etdi

Azad Rəhimov Ban Ki Munu Bakıya dəvət etdi

20 mart tarixindən etibarən Amerikanın Birləşmiş Ştatlarında rəsmi səfərdə olan nazir Azad Rəhimov BMT-nin baş katibinin müavini cənab Yan Eliasson ilə görüşüb, 28-30 oktyabr 2014-cü il tarixlərində Bakıda keçiriləcək ilk "Gənclər siyasəti üzrə Qlobal Forumu"na BMT-nin baş katibi Ban Ki-Munun rəsmi dəvətini təqdim edib. 

“Mediatv.az” xəbər verir ki, səfər çərçivəsində nazir eyni zamanda BMT-nin Baş katibinin İctimai Əlaqələr və Məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüş keçirib, Azərbaycan hökümətinin uğurlu gənclər siyasəti haqda məlumat verərək, bu modelin digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib. Görüş əsnasında Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilib.

Bakıda keçiriləcək "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı hazırlıq görüşündə də iştirak edən nazir Forumun əhəmiyyətindən söz açıb. Azad Rəhimov: "Azərbaycanın gənclər sahəsində böyük təcrübəsi və uğurlarını nəzərə alsaq, gənclər siyasəti tarixində ilk dəfə olaraq keçiriləcək və dünya gənclər siyasəti ekspertlərini bir araya gətirəcək Qlobal Foruma məhz ölkəmizin ev sahibliyi etməsi təsadüfi deyil".

Əlavə məlumat üçün qeyd edək ki, bu "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı ikinci hazırlıq görüşüdür və görüşdə tədbir təşkilatçıları olan AR Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO, Avropa Şurası və digər think-tank təşkilatının nümayəndələri iştirak edirdilər. İlk görüş 2013-cü ilin noyabr ayında Fransanın Strasburq şəhərində keçirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024