Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Sosial (18-05-2015, 20:45)
"Qəbiristanlıqla yaşayış sahəsi arasında 100 metr məsafə olacaq"

 

Mübariz Qurbanlı: “Bütün qəbirlər eyni olacaq, məzarların dövrəyə alınmasına icazə verilməyəcək”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Nazirlər Kabinetinə təqdim edilmiş “Məzar yerləri və məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müzakirələr davam edir. Bu sənəd qanun layihəsi kimi parlamentə təqdim oluna, ya da Nazirlər Kabinetinin ayrıca qərarı kimi də qəbul edilə bilər”.

APA-nın məlumatına görə, bunu Komitənin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, məzarlıqların, qəbiristanlıqların idarəçiliyi müəyyən qərarla reqlamentləşdirilib: “Layihədə məzarlıqların, qəbiristanlıqların yerli bələdiyyələrin ixtiyarına verilməsi nəzərdə tutulub. Bununla bağlı bələdiyyələrdə Şura yaradılması əksini tapıb”.

Komitə sədri bildirib ki, layihədə məzarlıqların yeri və qəbir daşlarının eyni olması qəti şəkildə əksini tapır: “Məsələn, yeni salınacaq qəbiristanlıqla yaşayış qəsəbəsi arasında məsafə 100 metrdən az olmamalıdır. Digər tərəfdən, bəzən görürsən ki, qəbiristanlıqlarda insanlar əvvəlcədən yer götürürlər. Sənədin qəbulundan sonra gələcəkdə bu kimi hallara yol verilməyəcək. Əgər sənəd qəbul olunsa, öncədən də bildirdiyim kimi, gələcəkdə istisna hal kimi ər istədikdə xanımının yanında dəfn olunmasını istəyə və bu zaman xanımının yanında yer saxlana bilər. Yaxud da kişi vəfat etdikdə xanımı üçün yer saxlanıla bilər. Qalan hallarda qəbiristanlıqda heç bir yerin saxlanılmasına icazə verilmir”.

M. Qurbanlı qəbirlərin hasarlanmasının, ayrıca dəmir çubuqlarla dövriyyəyə alınmasına da icazə verilməyəcəyini nəzərə çatdırıb: “Layihədə yalnız bir stildə, bir formada, heç birinə fərq qoyulmadan adi sinəüstü qəbir daşlarının müəyyən edilməsi əksini tapır. Eyni zamanda layihədə şəhidlərin müəyyən törənlə dəfn olunması ilə bağlı ayrıca müddəa var. Sənəddə kimsəsiz insanların dəfninin qəbiristanlığın aid olduğu qurum tərəfindən həyata keçirilməsi də əksini tapıb. Əgər bu layihə qanun, yaxud qərar şəkilində qəbul edilsə, əvvəlki məzarlıqlara, qəbiristanlıqlara şamil edilmədən yeni salınacaq məzarlıqlarda, qəbiristanlıqlarda bu qaydalar tətbiq ediləcək”.

Komitə sədri fəxri qəbiristanlıqlarla bağlı məsələnin də layihədə əksini tapdığını açıqlayıb: “Dövlətin, xalqın, millətin qarşısında xidmətləri olan şəxslərin qəbrinin fərqliliyi qalacaq. Yəni qəbir daşları və digər məsələlərlə bağlı qaydalar fəxri qəbiristanlıqlara, fəxri məzarlıqlara şamil edilmir. Fəxri qəbiristanlıqlar, məzarlıqlar dünyanın hər yerində var”.

M. Qurbanlı bildirib ki, digər dinlər və konfessiyaların qəbiristanlıqları varsa, həmin qəbiristanlıqlarda da bu qaydalar onların dini inanclarına uyğun şəkildə tətbiq olunacaq: “Qəbir itməlidir, peyğəmbərimiz də deyib, həyat da belə deyir. Əgər insanlar qəbiristanlıqları əbədi saxlamış olsalar, insanların sayı qədər yerdə qəbir yerləri olmalıdır. Bunu da hesablasaq, görərik ki, bunun üçün nə qədər ərazi lazımdır. Xüsusən, böyük şəhərlərdə bu, problemlər yaradır. Ona görə də “qəbir itməlidir” deyəndə heç kəs vəfat etmiş yaxınını unutmağa çağırılmır. Söhbət müddətlərdən gedir. Məsələn, bəzi Avropa ölkələrində qəbir yerləri müəyyən müddətə qorunub saxlanılır, müddət keçdikdən sonra isə həmin qəbir üçün qəbiristanlığa xüsusi rüsum ödənilməlidir. Əks təqdirdə həmin qəbir ləğv olunur, yerinə başqa şəxsin dəfn olunması həyata keçirilir. Əlbəttə, bu, uzun müddətə nəzərdə tutulur. Bizim layihədə bu müddət nəzərdə tutulmayıb və gələcəkdə qəbul ediləcək qərar da bununla bağlı hökm vermir. Amma zamanın gedişatı elədir ki, qəbirlər, qəbiristanlıqlar mütləq zamana uyğun olaraq itir. Əlbəttə insanın adı ailəsində, nəslində yaşayır.

Qəbiristanlıqları dəbdəbəli muzey yerinə çevirmək olmaz. Elə qəbiristanlıqlarımız var ki, orada islama aid olmayan müxtəlif qəbirlər, qəbirüstü abidələr görürük. Bunlar həm də fərqlər yaradır. Həmin qəbirlərdə dəfn olunmuş insanların yaxınları düşünürlərsə ki, bununla vəfat etmiş insana guya təsəlli verir, bu, belə deyil. İnsan vəfat edir, insanlar da onu yaddaşlarda müxtəlif cür saxlayırlar və saxlamalıdırlar”.



Reklam
Xəbər lenti
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı