Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-05-2015, 14:07)
Cahangir Hacıyevin şirkəti ilə bağlı qərar verildi - Milyonluq qalmaqal

 

Mart ayının 18-də gözlənilmədən səhhətini əsas gətirərək istefa verən Azərbaycan Beynəlxalq Bankının (ABB) prezidenti Cahangir Hacıyevlə bağlı yeni xəbər var.
Mediatv.az Strateq.az-a istinadən xəbər verir ki, ABB-nin sabiq prezidentinin 2002-ci ildə təsis etdiyi "Yeni Həyat” şirkətlər qrupu Xətai rayonu ərazisində yaşayış kompleksi inşa edir. İnşaat işləri zamanı köçürülən yerli sakinlərin böyük əksəriyyətinin isə haqları tapdalanıb. Belə ki, onların kompensasiya xərcləri bazar tələblərindən xeyli aşağı qiymətləndirilib. Bir neçə nəfərə isə ümumiyyətlə, kompensasiya vermədən evini uçurub, inşaat işlərini genişləndiriblər. Çox maraqlıdır ki, Cahangir Hacıyev vəzifədə olduğu dönəmdə bu fakta nə aidiyyəti dövlət qurumları, nə də məhkəmələr obyektiv qiymət verib. Belə ki, haqqı mənimsənilən sakinlərin şikayətləri qulaqardına vurulub. Lakin Cahangir Hacıyevin qəfil istefası və bu istefa ilə bağlı mətbuatda yayılan məlumatlardan sonra, görünür, hakimlər şikayətlərə obyektiv qiymət verməyə cəsarətləniblər.
Məlumata görə, C.Hacıyevə məxsus olan şirkətlər qrupunun haqqını mənimsədiyi sakinlərdən biri də Vahid Yaqub oğlu Məmmədov olub ki, bir neçə gün öncə, nəhayət, onun haqqı qismən də olsa, tanınıb:
«Cahangir Hacıyevə bağlı olan bu şirkətlər qrupu Xətai rayonu ərazisində «Park Azure» adlı böyük yaşayış kompleksi tikir. Bu kompleksin tikintisi ilə bağlı ərazidə olan evlərin köçürülməsini qanunla təmin etmək şirkətin üzərində olsa da, şirkətlər qrupu və qrupun nəzdində olan «Park Azure» MTK ilə bir neçə sakinin haqqını tanımaqdan yayınıb. Bu isə sonda məhkəməyə çıxarılıb. Kompensasiya tələbi ilə bağlı Xətai rayon Məhkəməsində çıxarılan qətnamə isə ərazidə yaşayan sakinlərdən birini - Vahid Yaqub oğlu Məmmədovu, ümumiyyətlə, qane etməyib. Ona görə də qanuni tələbləri ilə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər yazıb. Eyni zamanda, Xətai Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Elə buna görə də «Park Azure» MTK-nın daxil olduğu «Yeni Həyat» şirkətlər qrupunun rəhbərliyi şikayətçini susdurmaq qərarı veriblər. Bunun üçün ona qarşı şirkətin işgüzar nüfuzunu qorumaq iddiası ilə təzminat davası açıb, 100 min manat tələb etməyə başlayıblar. Sakin Vahid Məmmədov isə «Park Azure» MTK-dan ümumi mülkiyyətdə olan Bakı şəhəri Xətai rayonu F.Qənbərov küçəsində 20 saylı evdən payına düşən ümumi sahəsi 192.8 kv.metrə görə, 809 min 760 manat kompensasiya və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı fərmanına əsasən, 20 fazi miqdarında satınalma qiymətinə əlavə olaraq 161.952 manat vəsait tələbindən geri çəkilməyib».
Strateq.az xəbər verir ki, qarşılıqlı şikayətlərə Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılıb. Diqqətçəkən məqam odur ki, hakim Mədinə Bağırova Cahangir Hacıyevin istefa verdiyi günə, yəni martın 18-i, saat 15.20-yə iclas saatı təyin etsə də, həmin gündən ta mayın 7-dək xeyli iclas saatı müəyyənləşdirsə də, heç birində qərarını açıqlamayıb:
"Nəhayət, 6-7 dəfə təxirə salınmadan sonra hakim Mədinə Bağırova mayın 7-də qərarını açıqlayıb. Bununla da Xətai rayon Məhkəməsinin qətnaməsi qismən ləğv olunub. Yəni, hakim Cahangir Hacıyevin şirkətinin işgüzar nüfuzdan bəhs edən iddiasını rədd, şikayətçinin isə yalnız kompensasiya tələbini təmin edib”.

 

Bu qətnamədən Ali Məhkəməyə şikayət verilib-verilməyəcəyi isə yaxın həftələrdə bilinəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024