Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-05-2015, 12:58)
“Koroğu” stansiyasına kütləvi girişə polis icazə verməyəcək

 

Bakıda keçiriləcək I Avropa Oyunları zamanı sıxlıq yaranmasın deyə polis gücləndirilmiş iş rejimində çalışacaq. Mediatv.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında bildirib.

 

Onun sözlərinə görə, ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə çəkəcəklər.

 

“Bakı Olimpiya Stadionu ilə “Koroğu” metrostansiyası arasında təxmini 1200 metrə qədər məsafə var. Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa, sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək”, - deyə Səhlab Bağırov bildirib.

 

Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək "Bakı-2015" Avropa Oyunlarının açılışına hazırlıq məqsədi ilə 9 mayda Olimpiya Stadionunda 15 min tamaşaçının iştirakı ilə sınaq tədbirinin keçirilməsi nəzərdə tutulur.

 

Polis həmin tədbirdə də təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün nəzarət tədbirləri keçirəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024