Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-03-2014, 10:18)
Millət vəkilinin otelində nə baş verir?-Şok iddia

Parlamentin susqun deputatlarından olan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən seçilmiş Mahir Aslanovun böyük biznes imperiyasının olduğu bəllidir. Mahir Aslanovun əsas biznes sahəlləri otelçilik və mebel istehsalıdır. Millət vəkilinin «Happy İnn Hotel»i isə bəzi nazirliklərin pul «yuduqları» otel kimi tanınır.

Bu barədə  daxil olan məlumata görə Bakının Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən «Happy İnn Hotel» şəhərin dalda yerində fəaliyyət göstərməsinə baxmayaraq, müştərilərinin gurluğu ilə fərqlənir. Hətta şəhərin məşhur otelləri belə müştəri qıtlığı yaşadığı halda, «Happy İnn Hotel»də həmişə müştəri bolluğu müşahidə olunur.

Bunun səbəbini açıqlayan mənbəninin sözlərinə görə Mahir Aslanov Mədəniyyət və Turizm Nazirliyi, Gəncələr və İdman Nazirliyi və bir çox başqa nazirliklərlə anlaşıb və bu nazirlieklərin xətti ilə ölkəmizə gələn qonaqlar məhz «Happy İnn Hotel»inə yönləndirilirlər. Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla «Happy İnn Hotel»ində yerləşdirilir. Ölkəmizə gələn mədəniyyət və şou nümayəndələri də bu oteldə məskunlaşırlar.
Daxil olan məlumata əsasən Gəncələr və İdman Nazirliyi başda olmaqla bir çox nazirliklən öz qonaqlarını «Happy İnn Hotel»ində yerləşdirməsinin səbəbi isə çox sadədir. Xərcləri nazirlik tərəfindən çəkilən qonaqların otel xərcləri sənədlərdə bir neçə dəfə şişirdilir, bundan isə həm Mahir Aslanov, həm də nazirliklər qazanırlar. Mahir Aslanov şişirdilmiş otel qiymətlərini sonradan nəqdləşdirərək əldə olan gəlirin yarısını nazirliklərdəki və idman klublarındakı «dostlarına» geri qaytarır. Bu əməliyyatlardan isə hər kəs məmnun qalır.

Millət vəkilinin Bakı rayonlarından birinin MTN rayon şöbəsinin rəis müavini işləyən oğlu Famil Aslanov Bakıda təmtəraqlı əhli-keyf həyatı yaşayan məmur övladları arasında seçilir. Belə ki, 200-300 min manatlıq maşınlar sürən Famil Aslanov ən bahalı restoranlarda şam edir və davamlı olapaq «gecə həyatı»nın dadını çıxarır.

Qeyd edək ki, “Kəpəz Holdinq”ə sahib olan Mahir Aslanovun şirkətlər qrupunda bütün sahələri əhatə edən biznes şəbəkələri mövcuddur. Şirkətlər Qrupunun əsas gəlir sahəsi “Kəpəz” Mebel Salonudur. Bu salon da İnqilab küçəsində yerləşir və dövriyyəsinə görə, heç də digərlərindən geri qalmır. Mahir Aslanovun nəzarətində olan salonlar şəbəkəsinin əsas yardımçısı isə Dizayn Şirkətidir. Bundan başqa, deputatın biznesinə tikinti sektoru da daxildir. Hazırda Bakının bir çox yerlərində bina inşa edən şirkətin təklif etdiyi mənzillər də ən bahalılar içərisindədir.

Məlumatda o da vurğulanır ki, Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda da vaxtını İcra Hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda narazılıq yaradıb. Bildirilir ki, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Üstəlik, onun qəbuluna düşmək də mümkün deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024