Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (27-04-2015, 20:38)
Hacıbala Abutalıbovun səhhətindəki problemlər səbəbindən davamlı işə gələ bilmədiyi deyilir – Bakı meri postunda dəyişiklik zamanı yetişib

DİA.AZ: - Bakı Şəhər İcra Hakimiyyətində rəhbər dəyişikliyi gözləniləndir və bu kadr islahatı hər an baş tuta bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə son durumu şərh edərkən söyləyib. Mənbənin iddiasına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırıla bilər. 


Qeyd edək ki, son vaxtlar meriyanın səlahiyyətlərinin artırılması prosesi gedir. Ki, bu da gələcək merin daha çox səlahiyyətə yiyələnməsinə xidmət edir. Şəhərdaxili yolların təmir-tikintisi, eləcə də paytaxtda sərnişin daşınması işinin təşkili funksiyalarının Nəqliyyat Nazirliyindən alınaraq meriyanın idarəetməsinə verilməsi də təsadüfi deyildi. Mətləbə keçməmişdən öncə bildirmək istəyirik ki, Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub. 

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləyib. 2001-ci ilin yanvar ayından isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. Başqa sözlə desək, Hacıbala müəllim nə az-nə çox düz 13 ildir ki, mer postundadır. İnsaf naminə qeyd etmək lazımdır ki, Hacıbala Abutalıbov bu vəzifəyə qoyulandan sonra paytaxt ərazisində xeyli işlər görülüb. Amma bütün bunlara baxmayaraq, problemlər də az deyil. Məsələn, Bakıya bir saat aramsız yağış yağan kimi həm mərkəzi küçələr, həm də ətraf qəsəbələr bərbad hala düşür. Şəhərin nəqliyyat sistemi iflic olur. Kanalizasiya sisteminin istənilən səviyyədə olmaması ciddi fəsadlara gətirib çıxarır. Bir sözlə, Hacıbala Abutalıbovun öhdəsindən gələ bilmədiyi işlər kifayət qədərdir. 

Etibarlı mənbənin dia.az-a dediyinə görə, 70 yaşını tamam etmiş məmur vəzifəsinə artıq əvvəlki kimi məsuliyyət göstərə bilmir, həm də onun səhhətində də ciddi problemlər yaranıb. Maraqlıdır, bəs, görəsən mer vəzifədən çıxarılsa, onun yerinə kim təyin edilə bilər? Yaxud Hacıbala Abutalıbovun postuna kimlər iddialıdır? Bizə çatan məlumatlarda vurğulanır ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaq sevdasına düşən şəxslərdən biri Xətai Rayon İca Hakimiyyətinin başçısı Razim Məmmədovdur. Doğrudur, onunla yanaşı daha bir neçə fiqur hazırda Bakı meri postuna göz salsa da, Razim Məmmədov daha şanslı görünür.

Mənbə onu da əlavə edib ki, Hacıbala Abutalıbov ən uzağı 1-ci Bakı Avropa Oyunlarından dərhal sonra görəvdən alınacaq...

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024