Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (7-04-2015, 22:03)
Bakı meriyasında maxinasiyalar aşkarlanıb - RƏSMİ

Bakı şəhəri ərazisində küçə reklamının yayımı sahəsində qanunvericiliyin pozulması hallarının aşkar olunmasına dair səyyar qaydada aparılan nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilməyib.

Bu barədə Hesablama Palatasının 2014-cü il üzrəhesabatında bildirilib.

Belə ki, hesabat ilində Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit aparıb.

Hesabatda qeyd olunur ki,reklam lövhələrinin yerləşdirilməsinə icazə verilən kommersiya obyektləri üzrə reklam yayımı tariflərinin rəsmiləşdirilməsi zamanı reklam daşıyıcılarının yerlərinin differensiallaşdırılması müvafiq normativ aktlarda təsbit edilmiş kateqoriyalara (yerlərə) tam şəkildə həyata keçirilməyib.Eyni zamanda, dövlət mülkiyyətində olan torpaqların, binaların və digər obyektlərin uçotu aparılmayıb.

Bir neçə küçə reklam lövhələri vasitəsi ilə reklam yayımının həyata keçirilməsi Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) qaydaları"nın tələblərinə əməl edilməyərək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Küçə reklamı lövhəsinin yerləşdirilməsinə icazə sənədinin forması" məzmununa uyğun olmayaraq bir icazə sənədi əsasında rəsmiləşdirilib.Ayrıca, dayaqlı müxtəlif reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi üçün tələb olunan və qəbul edilən reklam daşıyıcılarının layihələri və eksizləri bütün hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməyib.

2014-cü ildə küçə reklamı üzrə aparılan 199 əməliyyat üzrə 13930 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, həmçinin reklam işlərinin görülməsi zamanı müvafiq qanunvericilik aktlarının tələbləri gözlənilməyib.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024