Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (19-03-2014, 11:39)
Zəhməti ilə ucalan insan



Əmək insanı ucaldır. Əsrlərin sınağından çıxmış, cilalanaraq müasir zəmanəmizə gəlib çatmış bu kimi ifadələr əməyin insan həyatında böyük rol oynadığını təsdiqləyir. 

 

Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Zəhmət bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır.
Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər. Belə əmək qəhrəmanlarından biri haqqında söhbət açmaq istəyirəm.
Əslən Masallı rayonundan olan xeyriyyəçi iş adamı, «Bayram M» şirkətinin təsisçisi Zeynalov Ramazan Hüseyn oğlu rəhbərlik etdiyi müəssisə tikinti-təmir sahəsi üzrə ixtisaslaşıb və milli-müstəqil iqtisadiyyatımızın formalaşmasına, dövlətimizin büdcəsinin zənginləşməsinə əhəmiyyətli töhfələr verən istehsalat vahidlərindən hesab olunur. Müəssisə c\ənub bölgəsində və fəaliyyətinin əhatə dairəsinə düşən hər yerdə əhalinin məşğulluğunun təminatı işinə dəstək verir, bu müstəvidə hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir. Şirkət nümunəvi vergi ödəyicisi olmaqla, işçilərin əmək və istirahət hüquqlarına hörmətlə yanaşır, əməyin təhlükəsizliyinin təminatı üzrə qaydalara ciddiliklə riayət olunur. El arasında Hacı Mazan kimi tanınan Ramazan Zeynalovun rəhbərliyi altında çalışan kollektivin üzvlərinə münasibəti, onların maddi gəlirlərinin daima yüksəlməsinə və sosial problemlərinin həllinə yönəldilmiş səyləri bir çoxları üçün əsl örnək ola bilər. Lakin bütün bunlar haqda ucadan danışmağı, etdiyi yaxşılıqları aləmə bəyan etməyi Ramazan Zeynalov qətiyyən xoşlamır. Onun xeyriyyəçiliyindən faydalanan insanların heysiyyatının hər hansı sıxıntıya məruz qalmasını istəməyən «sağ əlin verdiyini sol əl bilməz» kəlamında ehtiva olunan prinsipinə daim riayət edir.
Halal zəhmətə, haqqa tapınmaqla şirkət rəhbəri səviyyəsinə ucalan, bütün müsəlmanlar üçün vacib bilinən və arzu etdikləri Həcc ziyarəti qisməti olan Hacı Ramazan Zeynalovun uğurlarından narahat olan gözügötürməzlər də tapılır. Onlar Hacı Mazanın sürücülükdən sahibkarlığa qədər keçdiyi məsafənin yalnız zəhmət hesabına qət edildiyinə kölgə salmağa çalışırlar. Çünki özləri zəhməti sevmirlər. Atalar belələri haqda deyiblər ki, «kar könlündəkin anlayar».
Amma ağ qara götürmür, deyirlər. Hacı Ramazan Zeynalovun tərcümeyi-halı da savab əməlləri kimi şəffafdır, ictimaiyyətə açıqdır. O, həmişə fəaliyyətində hesabatlılığı təmin etmişdir. Tərəqqipərvər KİV işçiləri ilə məmnunluqla əməkdaşlıq edən Hacı Ramazan Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında gedən prosesləri diqqətlə izləyir, baş verən dəyişikliklərə fəal vətəndaşlıq mövqeyindən münasibətini bildirir. Nüfuzlu iş adamı ölkəmizin həm bugünkü, həm də sabahkı tərəqqisinə xidmət edəcək bütün meylləri düzgün müşahidə edir. Bu nöqteyi-nəzərdən, onun gənc nəslin vətənpərvərlik tərbiyəsi, idmanın inkişafı naminə göstərdiyi xidmətlər də inkarolunmazd. Hacı Ramazan 2012-ci ildə Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azad olunmasında göstərdiyi qətiyyətə görə Prezident İlham Əliyevə öz adından və rəhbərlik etdiyi kollektiv adından rəsmi minnətdarlıq məktubu yazmışdı. Həmin məktubu internet üstündən oxuyanda müəllifinin necə vətənpərvər, xeyircah, tərəqqiyönlü bir insan olduğu barədə təsəvvürlər dəqiqləşir. Təsadüfi deyil ki, hətta qeyri-konstruktiv mövqe sərgiləyərək onun müəssisəsini tənqid edən qaragüruhçu KİV-in yazdıqları da oxucularda mənfi reaksiya doğurur. Həmin haqsız yazılara şərh bildirən ədalətli oxucular yazı müəlliflərini qeyri-obyektivlikdə qınayırlar.
Düşünürük ki, Hacı Ramazan kimi xeyirxah, zəhmətkeş, haqqsevər insanlardan nümunə, ibrət götürməliyik. Arzu edək ki, Ramazan Zeynalovun ömrü uzun, canı sağ olsun, ölkəmizin tərəqqisinə, xalqımızın rifahının yaxşılaşması işinə daha çox töhfə versin. Amin!

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024