Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (4-03-2014, 20:21)
 Abid Şərifovun qohumları meydan sulayır

 

Ötən gün redaksiyamıza Şəki Tibb Kollecinin nümayəndəsi kimi müraciət ünvanlayan Oxud kəndinin sakini «Göynük mafiyası» deyimindən istifadə etmişdi. JAM.AZ xəbər verir ki, Nərmin Məcidova bu «mafiya»nın rayonda bütün sahələri ələ keçirdiyindən bəhs edirdi. 

Bu gün «Göynük mafiyası» ilə bağlı və bu deyimin niyə yaranması ilə əlaqədar yeni məlumatlar əldə etmişik. JAM.AZ-a verilən məlumata görə, Şəkinin ən böyük kəndlərindən biri olan Göynük baş nazirin müavini Abid Şərifovun doğulduğu və boya-başa çatdığı yaşayış məntəqəsidir. Elə bu səbəbdən də onlar Şərifovun imkanlarından geniş istifadə etməklə, Şəkini «işğal» etməyə nail olublar. 

Rayon sakinləri bildirirlər ki, hal hazırda Şəkidə sahə müvəkkilindən tutmuş, bələdiyyə, su-kanalizasiya idarəsində çalışan süpürgəçiyə qədər hamısı göynüklüdür. «Məktəb direktorları, onların müavinlərinin 50 faizi qeyd olunan kənddəndir. İcra Hakimiyyətinin əsas vəzifəli şəxsləri, torpaq və xəritəçəkmə şöbəsinin müdiri və sair məmurların hamısı da göynüklüdür. Səbəb isə baş nazirin müavini Abid Şərifovun da bu kənddən olmasıdır».

Şəkidə «Göynük mafiyası»nın bütün sahələri ələ keçirdiyini bildirən mənbə qeyd edir ki, onlar üçün hər hansı bir qadağa da yoxdur. «Harada istəyirlər, orada da ev tikirlər. Məsələn, Şəkinin Salman Mümtaz küçəsinin sağ tərəfində kimsəyə ev tikmək üçün icazə verilmir. Amma Göynük camaatı üçün burada ev tikmək sərbəstdir».
 

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024