Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (18-12-2014, 23:20)
2014-cü il lənkəranlılar üçün uğurlu göstəricilərlə yaddaqalan olacaqdır

 

 

Ölkə iqtisadiyyatında davam etmiş yüksəliş “Cənub Mirvarisi” sayılan Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunmuşdur.

Rayonda istehsalın dinamik artım səviyyəsi cari ilin doqquz ayında da saxlanılmış, həm sosial, həm də iqtisadi sahədə yüksək nəticələr qazanılmışdır. Əldə olunmuş müsbət dəyişiklikləri rayon üzrə statistik göstəricilər də təsdiq edir.

2014-cü ilin doqquz ayında Cənab Taleh Qaraşovun rəhbərlik etdiyi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı artan templə davam etmişdir. Rayonda 2024 yeni iş yeri açılmışdır, onlardan 1583-ü daimi iş yerləridir. Ümumi məhsul buraxılışı 3.1 faiz artaraq 291.4 milyon manat təşkil etmişdir. Sənayedə 14.8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 5.6 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 3.2 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 71 faiz təşkil etmişdir.

 

Dövlət maliyyə vəsaitləri qanunvericiliyin tələblərinə uyğun istifadə olunur

Dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Maliyyə mütəxəssisi İqbal Rəcəbovun rəhbərlik etdiyi Lənkəran rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

 

Rayonda geniş abadlıq və quruculuq işlərinin aparılır

 

Şəhərin giriş qapısı olan Ürgə-Göyşaban kəndi ərazisində, Hava limanına gedən yolda, şəhərin Akademik Zərifə Əliyeva, F.Məmmədov, Ş.Axundov, P.Təhməzov, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağ laylarla üzlənmiş, səkilərə tamet və bardürlər düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılmışdır. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, parka daha keyfiyyətli tamet döşənmiş və yeni bardürlər düzülmüş, müasir işıqlandırıcılar quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, divarlar ağ layla üzlənmişdir.

Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenilənərək mərmər üzlüklə işlənmişdir.

Xocalı soyqırımı abidə-kompleksində yeni tamet, bardür düzülmüş, abidə ətrafına qranit döşənmiş, abidə arxasındakı güşə yenilənmiş, müasir işıq dirəkləri quraşdırılaraq istifadəyə verilmişdir.

Heydər Əliyev Xatirə parkında təmir işləri aparılmış, işıqlandırıcılar təzələnmiş, yeni oturacaqlar qoyulmuş, dekorativ ağac və gül kolları əkilmişdir.

Ümumilikdə rayon ərazisində küçə, bağ və parklarda divarlara 13250 kvm ağ lay vurulmuş, səkilərə 22700 kvm tamet və 5.7 min paqonometr bardür düzülmüş, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılmış, iki ədəd çoxmərtəbəli yaşayış binasının ümumilikdə 3500 kvm dam örtüyü əsaslı təmir edilərək yenidən qurulmuş və bir ədəd dördmərtəbəli binanın fasadına müasir üslubda üzlüklər döşənərək rənglənmişdir. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli yaşayış binasının ikisində bərpa-gücləndirmə işləri aparılmışdır. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir. Belə ki, şəhərin küçələrində hasarlar rənglənir, fərdi yaşayış evlərinin dam örtükləri və fasadı yenilənir.

Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilmişdir.

 

Əhalinin sosial müdafiəsi davamlı yaxşılaşdırılır

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Dövlət Sosial Müdafiə Fondu rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin “Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir” - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF nin Lənkəran rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Lənkəran rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış “Yardım masajı”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

Sosial müdafiə tədbirləri gücləndirilir

 

2014-cü ilin birinci yarısında əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Maarif müəllimin rəhbərlik etdiyi Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müəyyən işlər görmüşdür. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.

Rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 68.5 milyon manat investisiya yönəldilmişdir.

Rayonda 70 ailə, 258 nəfər məcburi köçkün müvəqqəti məckunlaşmışdır. Onların sosial-məişət problemlərinin həlli istiqamətində müntəzəm iş aparılır. Şəhər İcra hakimiyyəti tərəfindən qacqın və məcburi köckünlərə 2014-cü ilin 9 ayında 6.2 min manatlıq ərzaq yardımı verilmişdir.

Rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaqdan ötrü 782 nəfər müraciət etmiş və onlar iş axtaran kimi qeydiyyata götürülmüşlər. İşlə təmin olunmaq üçün 571 nəfərə göndəriş verilmişdir ki, onların 329 nəfəri qadınlar olmuşdur.

 

Avtomobil yollarında cari təmir işləri aparılmışdır

 

Lənkəran şəhər Yol İstismar İdarəsi tərəfindən idarənin balansında olan Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunda bir ədəd, Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda bir ədəd körpü tikilmiş və Daşdatük kəndi ərazisində Bəşəru çayın üzərində yeni körpünün inşası başa çatdırılmışdır. Qumbaşı kəndində avtomobil körpüsü əsaslı təmir edilmişdir.

Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına Günəhir-Türkəncil kəndara yolunun 4 km hissəsi əsaslı təmir edilmişdir. Bundan əlavə Göhnəgəgir və Biləsər kəndara yolunda təmir işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən “Azəryolservis” ASC tərəfindən ikinci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 38.4 km hissəsinin 10 km-i əsaslı təmir olunaraq istifadəyə verilmiş, bu yolun daha 3.5 km hissəsinin təmiri nəzərdə tutulmuşdur.

Şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhər daxili küçələrdə 39.2 min kvm yol əsaslı təmir edilmiş, rayonun Darquba kəndində 2500 kvm, Boladi kəndində 750 kvm, Liman şəhərində 4500 kvm yola asfalt döşənmişdir.

 

Təhsilin inkişafı diqqət mərkəzində saxlanılır

 

Rayonun təhsil müəssisələrində təlim-tərbiyə sahəsində müəyyən işlər görülmüşdür. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədi ilə fənn olimpiyadaları, inşa müsabiqələri keçirilmişdir. Ötən tədris ilində orta məktəbi bitirən 1699-nəfər məzundan 900 nəfəri ali məktəbə qəbul olmaq üçün sənəd vermiş, onların 473 nəfəri ali məktəbə qəbul olmuşdur ki, bu da keçən ilki nəticədən 13 nəfər çoxdur. Qəbul olunanlardan 33 nəfəri 600-dən yuxarı bal toplamışdır. Bir nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.

Təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün də tədbirlər davam etdirilmişdir. Cari tədris ilinin başlanması ilə əlaqədar şəhər 8 saylı, Qurunba, Yuxarı Nüvədi, Daştalığjar, Tütəpeştə, Xanbulan, Bəleton, Şağlaser, Separadi, Tükəvilə məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmiş və şəhər 2 saylı orta məktəb əsaslı təmir edilmişdir. Darquba kənd tam orta məktəbin tikintisi davam etdirilir.

Sahibkar tərəfindən 120 uşaq yerlik baxçanın tikintisinə başlanmış hazırda tikinti işləri davam etdirilir.Şahənə Əhmədovanin rəhbərlik rəhbərlik etdiyi Təhsil Şöbəsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir, təhsil müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün gərəkən metodiki köməkliyi göstərir.

 

Əhaliyə tibbi xidmətinin səviyyəsinin yaxşılaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir

 

Cənab Prezidentin göstərişinə əsasən əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması ilə bağlı şəhər İcra hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər görülmüşdür. Bununla əlaqədar müayinə qrafiki tərtib olunmuş və şəhər əhalisinin müayinə olunması Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Konsultativ Poliklinika şöbəsinə və Lənkəran Müalicə Diaqnostika Mərkəzinə həvalə olunmuşdur. Kənd əhalisinin müayinədən keçməsi üçün ixtisaslı həkimlərdən ibarət briqadalar təşkil edilmiş və yaşayış məntəqələrinə göndərilmişdir. Bu müddət ərzində ümumilikdə 144104 nəfər tibbi müayinədən keçmişdir. Bunlardan 4871 ambulator, 946 nəfər stasionar müalicəyə qəbul olunmuş, 204 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir. Hazırda 0-18 yaşadək uşaqların tibbi müayinədən keçməsi davam etdirilir. Indiyədək 11912 nəfər tibbi müayinədən keçmişdir. Səhiyyə müəssisələrində bir sıra təmir işləri aparılmışdır. Rayonun Ağ ciyər xəstəlikləri xəstəxanasında cari təmir işləri aparılmış. Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əsaslı təmir işləri görülmüşdür. Biləsər kənd həkim tibb məntəqəsi üçün yeni bina tikilib istifadəyə verilmişdir. Ruhi Əsəb Xəstəlikləri Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılmışdır.

 

Dövlətin mədəniyyət sahəsindəki siyasəti uğurla həyata keçirilir

 

Rayonun mədəniyyət müəssisələrində də müəyyən işlər görülmüşdür. Hazırda rayonda 1 teatr, 4 muzey, 71 kənd kitabxanası və 76 klub fəaliyyət göstərir. Bu müəssisələr dövlətin mədəniyyət sahəsindəki siyasətinin həyata keçirilməsinə səy göstərirlər. Mədəniyyət obyektlərində təmir işləri aparılır. Lənkəran şəhərində tikinti sahəsi 8300 kvm olan Q.Vəliyev adına mədəniyyət mərkəzinin əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Binanın dam örtüyü yenidən qurulmuş fasadı ağ lay və qranit daşlarla üzlənmiş, qapı və pəncərələr dəyişdirilmiş, xarici fasada vitraj pəncərələr qoyulmuş, otaqların tavanı və divarları təzələnmiş döşəməyə keramoqranit və laminat vurulmuş, pilləkənlərə mərmər və qranit pillələr düzülmüş, 550 yerlik səhnə yenidən qurulmuş, işıq sistemi və digər avadanlıqlar təzələnmişdir. Otaqlar yeni mebellərlə təmin edilmiş, elektron kitabxana yaradılmışdır. Bundan əlavə binanın su kanalizasiya xətləri, işıq, havalandırma və istilik sistemi yenilənmiş, mərkəzin həyətində gediş gəliş yolları qranit piltələrlə üzlənmiş, müasir fantan tikilmiş, ərazidə park salınmış, həyəti asfaltlaşdırılmışdır.

Şəhərin qədim tarixini özündə əks etdirən Tarix-Diyarşünaslıq Muzeyində (Xan evi) əsaslı təmir bərpa işləri başa çatmaqdadır. Abidənin özülündə aparılan bərkitmə işləri başa çatdırılmış, hazırda binanın fasad və daxilində işlər aparılır,həyətyanı sahəsində yaşıllıqlar salınır. Bu möhtəşəm abidə ilk dəfə olaraq təmir bərpa olunur.

Həqiqət Rzayeva adına 2 saylı Müsiqi Məktəbində təmir işləri aparılmışdır. Mərkəzi kitabxana binasının fasadının təmirinə başlanmışdır.

 

Gənclərin asudə vaxtı səmərəli təşkil olunur

 

Lənkəran şəhərində müasir Olimpiya Kompleksinin tikintisinə başlanılmışdır.

Yeni istifadəyə verilmiş müasirliyi ilə seçilən Lənkəran Gənclər Mərkəzi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi yerinə çevrilmişdir. Buraya gələn gənclərə asudə vaxtlarını mənalı keçirməklə yanaşı milli və vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün də hər cür şərait yaradılmışdır. Mərkəzdə idman dərnəkləri fəaliyyət göstərir və milli intellektual oyunlar keçirilir. Gənclər yaradılmış şəraitdən səmərəli istifadə etməyə çalışırlar.

 

“Sənaye ili” çərçivəsində görülən işlər təqdirəlayiqdir

 

2014-cü il cənab Prezident İlham Əliyev tərəfindən “Sənaye ili” elan edilmişdir. Bununla əlaqədar Lənkəran sahibkarları və iş adamları ilə söhbət aparılmış, onlara rayonun iqtisadi tələbatına uyğun istehsal və emal müəssisələrinin yaradılması tövsiyyə edilmişdir. Bunun nəticəsidir ki, şəhərdə 1 çörək zavodu, yem fabriki tikilib istifadəyə verilmiş, digər 2 çörək zavodunun və Lənkəran Mexanikiləşdirmə MMC-də yeni istehsalat sexlərinin tikintisi davam etdirilir. İstehsal müəssisələri fəaliyyətə

başladıqdan sonra burada 420 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Bundan əlavə rayonda dövlət idarə və müəssisələrinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Belə ki, Lənkəran rayon Prokurorluğunun yeni inzibati binasının və Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran rayon Ərazi İdarəsinin inzibati laboratoriya binasının tikintisinə başlanılmışdır.

 

Torpaq və onunla bağlı münasibətlər dürüst tənzimlənir

 

Rayonda torpaq və onunla bağlı münasibətlər sisteminin düzgün tənzimlənməsinin çox ciddi əhəmiyyəti vardır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon Şöbəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. Rayonun inzibati ərazi dairələri üzrə döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işləri həyata keçirilmiş, bələdiyyələrin ərazi sərhədləri dəqiqləşdirilmişdir. Şöbə həmçinin DTXK-nın digər strukturlarının rayonda apardığı işlərə dəstək vermiş, torpaqların inventarizasiyası işlərinə, təbii yem sahələrinin yaxşılaşdırılması məqsədilə layihə axtarış işlərinə, irimiqyaslı torpaq və geobotaniki tədqiqat və bonitirovka işlərinə köməklik göstərmişdir. Bundan başqa DTXK rayon Şöbəsi tərəfindən vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ sahələri və fərdi yaşayış evi altındakı torpaqların sənədləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Həmçinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sahəsində də xeyli iş görülmüşdür.

 

***

 

Lənkəran rayonunun uğurlu sosial-iqtisadi göstəricilərinin əldə olunmasında rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov faktorunun da böyük rolu olmuşdur. Rayon ictimaiyyətindən həmsöhbət olduğumuz şəxslər də rəhbərlik təcrübəsi, səriştəsi və insanlarla son dərəcə yüksək ünsiyyət mədəniyyəti olan cənab Taleh Qaraşovla işləməkdən məmnunluq duyduqlarını bildirdilər. Ümid edirik ki, Taleh Qaraşovun başçılığı altında Lənkəran RİH rayondakı bütün resursları səfərbər edəcək, potensial imkanlardan səmərəli surətdə istifadə edərək, həm rayon sakinlərinin rifah halını yaxşılaşdıra bıləcək, həm də ölkəmizin çiçəklənməsi, daha da tərəqqi etməsi işinə layiqli töhfələr verəcəklər. Bu yolda onlara uğurlar arzulayırıq.

 


2014-cü il lənkəranlılar üçün uğurlu göstəricilərlə yaddaqalan olacaqdır
2014-cü il lənkəranlılar üçün uğurlu göstəricilərlə yaddaqalan olacaqdır

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024