Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-11-2014, 12:45)
Mehman Hüseynov aeroportda saxlanılıb

Bloqqer Mehman Huseynovu ATƏT-in konfransında iştirak üçün Tbilisiyə yola düşərkən aeroportda saxlayıblar.

 

Mediatv.AZ AzadlıqRadiosuna istinadən xəbər verir ki, ona pasportunun sistemdə olmadığını, saxta olduğunu deyiblər. Bu barədə jurnalist Xədicə İsmayılova “facebook” səhifəsində yazıb:
“İndi aeroportun polis idarəsinə aparırlar. Mehman Hüseynov üzərindəki səyahət qadağasının qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Ona müraciətinə müstəntiqin baxdığı haqda cavab gəlmişdi. Müstəntiq də belə baxıbmış”.
Son üç ildə bloqqer Mehman Hüseynova səyahət qadağası qoyulmuşdu. Ona polisə müqavimət ittihamı irəli sürülmüşdü, istintaqın getdiyi bildirilirdi.
“İstintaqın müddəti limiti keçdiyindən, Hüseynov qadağanın götürülməsi üçün müraciət edib. Prokurorluq bu məsələnin polis müstəntiqinə aid olduğunu deyib. Polisdən cavab gəlməyib. Konfrans bu gün başlandığından Mehman sərhəd xidmətinin reaksiyasını yoxlamağa cəhd edib. İndi isə dövlət onun vətəndaşlıq pasportunu tanımır,” Xədicə İsmayılova yazır.
Mehman Hüseynov deyib ki, hazırda aeroportunun polis idarəsində olduğundan danışa bilmir. O, Səbayel rayon polis idarəsinə təhvil veriləcəyini bildirib.
Hazırda Mehman Hüseynovla əlaqə saxlanılıb. Bloqqeri hava nəqliyyatı polisindən qolu qandallı çıxarıblar. Bu barədə AzadlıqRadiosuna onun nümayəndəsi, RATİ-nin hüquqşünası Günay İsmayılova məlumat verib.
Günay İsmayılovanın sözlərinə görə, Mehman Hüseynovun pasportu 2019-cu ilədək etibarlıdır.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024