Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (1-11-2014, 20:22)
Nazir oğlunu ömürlük həbs gözləyir" - "Hürriyet"in yazdığı yazı aranı qatdı

Azərbaycanın bir sıra məmur-oliqarxları və onların övladları ilə bağlı sensasion məlumatlar artıq ölkə sərhədlərini aşıb. Bu günlərdə Türkiyənin “Hürriyet” qəzeti növbəti dəfə 2013-cü il mayın 14-də Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Türkiyədəki cangüdənləri arasındakı silahlı insident haqqında geniş material dərc edib.

Bu haqda  Türkiyənin “Hürriyet” qəzeti xəbər yayıb. “Hürriyet” yazır ki, hadisə adi kriminal olmaqdan çıxıb: “Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub. 2013-cü il mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verən bu qanlı hadisə Ziya Məmmədovun oğlu Azərbaycan-Amerika Alyansının, eləcə də ”Garant Holding"in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı ehtiyatda olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında yaşanıb. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb".
“Nazirin oğlunun adı Türkiyə qəzetlərinin manşetində; “Hürriyet” qəzetində sensasion yazı dərc olunub; Anar Məmmədov ondan pul oğurlayan mühafizəçisini öldürtməyi sifariş verib; dərc olunan yazı “gizli əl” sayəsində “Hürriyet”dən silinib; lakin “iz” qalır..."
Faktla bağlı cinayət işinin açıldığı, 2013-cü il dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələrin alındığı da iddia olunur. Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib, amma o, bundan imtina edib. Kubilayın bildirdiyinə görə, Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. Anar Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Türkiyədən Azərbaycana köçürdüyü qara pullardan oğurlayırmış. Kubilay Göl deyib ki, İsmayıl Gənci öldürməkdən imtina etsə də bir müddət sonra onunla üz-üzə gəlməli olublar: “Pul oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün İsmayıl Gənclə Antalyadakı ”əski sənaye" deyilən yerdə görüşdük". Tərəflərin mübahisəsi silahlı qarşıdurmaya qədər böyüyüb: “Mən vurmasam, o məni vuracaqdı”. Kubilay Göl bildirib ki, bu mübahisəni Bakıda da yatırmaq üçün çox cəhdlər olub və işə hətta Azərbaycan Daxili İşlər Nazirliyindən olan adamlar da qarışıblar. Kubilay Göl əvvəllər məhkum olunmayıb, Türkiyədə “özəl tim” adlanan xüsusi təyinatlı qüvvələrdə serjant olub. Sonra Anar Məmmədovun Türkiyədəki projeləri üçün xüsusi heyət topladığını eşidərək, istefa edib və onunla işləməyə başlayıb. Anar Məmmədovun mühafizə xidmətində 2 il yarım işləyib.
Onu da vurğulayaq ki, Türkiyənin “Hürriyet” qəzeti bu məsələyə bir neçə dəfə toxunub. 2013-cü il iyulun 17-də Yalçın Bayer köşə yazısından bu olayı belə təsvir edib. Dünən yazdığımız kimi, nazir oğlu ilə bağlı Türkiyə mediasında gedən yazıların daha bir özəlliyi isə onların qısa sonra ya təkzib edilməsi, ya da saytlarda “qeybə” çəkilməsidir. Yalçın Bayer yazının dərcindən iki gün sonra Anar Məmmədovun vəkilinin təqdim etdiyi təkzibi də köşəsinə əlavə edib. Təkzibdə Anar Məmmədov Britaniyada yüksək təhsil alan parlaq gənc kimi təqdim edilir. Anar Məmmədovun mühafizəçilərinin silahlı qarşıdurması haqqında sonuncu yazı isə bir neçə saat sonra hürriyet.com saytından çıxarılıb.
Xatırladaq ki, ötən il mətbuat bu barədə yazılara A.Məmmədovun rəhbəri olduğu “Garant Holding”in hüquqşünası Ruslan Məmmədovun münasibətini öyrənmişdi. R.Məmmədov bildirmişdi ki, “Hürriyet” qəzetində gedən məlumatlar həqiqətə uyğun deyil və tamamilə yanlışdır. Hüquqşünas Anar Məmmədovun “Çırağan” Sarayında milyon dollarlıq ziyafət verməsi, eləcə də Bodrum yaxınlığında 40 milyon dollar dəyərində bir adanı satın alması barədə yazılanların da həqiqətə uyğun olmadığını vurğulamışdı.
R.Məmmədov Türkiyənin “Hürriyət” qəzetinin A.Məmmədovla bağlı dərc etdiyi yazını təkzib etdiyini də Musavat.com-a bildirmişdi. Onun sözlərinə görə, Türkiyə qəzeti həqiqətə uyğun olmayan xəbəri təkzib etdiyindən, məhkəmə perspektivi olmayacaq. 
A.Məmmədovun vəkilləri ilə danışmaq istədik. Nazir oğlunun vəkili Ruslan Məmmədov telefon zənglərimizə cavab vermədi.
Amma Ruslan Məmmədov Axar.az-a bildirib ki, Anar Məmmədovun adı ilə bağlanan qətlin təfərrüatı ilə bağlı yaxın günlərdə mətbuata açıqlama veriləcək.
R.Məmmədov yaxın günlərdə mətbuata geniş məlumat veriləcəyi 
üçün əlavə açıqlamaya indidən heç bir ehtiyac görmədiyini bildirib: “Yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcək. Həmçinin məsələ ilə əlaqədar lazım olan bütün hüquqi addım atılacaq”.
***
Bəs, sözügedən cinayət hadisəsində iştirakı təsdiqlənərsə,  nazir oğlunu nə gözləyə bilər?
Hüquqşünas Müzəffər Baxışov müsavat.com-a  deyib ki, hadisə Türkiyədə baş verdiyi üçün A.Məmmədov məhz bu ölkədə məsuliyyətə cəlb olunmalıdır: “Türkiyə Cəza Məcəlləsinə görə, onu cinayət məsuliyyətinə cəlb edə bilərlər. Amma Anar Məmmədov Azərbaycan vətəndaşı olduğu üçün onu Türkiyə Azərbaycan dövlətindən istəsə də, bizim ölkə konstitusiyanın müddəalarına görə, Anar Məmmədov Türkiyə Cümhuriyyətinə verilə bilməz. Lakin onun əməlində kifayət qədər sübutlar olsa, həmin cinayət işi Azərbaycan Respublikasına göndərilməlidir. Əgər həqiqətən həmin şəxs Anar Məmmədovun sifarişi ilə qətlə yetirilibsə, onda onun əməli AR CM-nin 120.2.5-ci maddəsi ilə, yəni sifarişlə adamöldürmə kimi tövsif olunacaq. Bizim Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinə görə, bu əməllərə görə də 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Yəni hər bir halda bu məsələ sübut olunmalıdır”.
M.Baxışov deyir ki, ola bilər cinayət işinin istintaqı zamanı digər hallar da ortaya çıxsın: “Ola bilsin ki, həmin cinayətin ört-basdır edilməsi üçün Türkiyə Cümhuriyyətində kimlərəsə rüşvət verilməsi, yaxud digər hallar müəyyən edilsə, yenə də bizim Cinayət Məcəlləsinin müddəalarına görə, əgər bu barədə sübutlar olarsa, həmin şəxs digər maddələrlə, yəni rüşvət verməyə cəhd, yaxud rüşvət verməyə görə də məsuliyyətə cəlb edilə bilər. Amma hər bir halda bu əməl üçün kifayət qədər sübutlar olmalı və əməl sübuta yetirilməlidir”.
Son illər Məmmədovların ətrafında müəmmalı qətllər baş verir. Bu ilin iyul ayında Anar Məmmədovun rəhbərlik etdiyi “Qarant Holdunq”ə daxil olan “Qarant Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın meyiti yaşadığı mənzilində tapılmışdı. Bir neçə il öncə isə Ziya Məmmədovun mühafizəçisi Eldəniz Qurbanovu yaşadığı binanın qarşısında güllələnərək qətlə yetirilib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024