Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-10-2014, 17:05)
“Azərbaycandan uzaqlarda yarada bilməzdi” - Leyla Əliyeva+Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında mərhum prezidentin xatirəsini yad edib. 

 

“Mediatv.az” AzerTac-a istinadən xəbər verir ki,  1949-1950-ci illərdə H.Əliyev bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil alıb. Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun nümayəndələri, Rusiyadakı Azərbaycan diasporunun üzvləri barelyefin önünə tər güllər qoyublar.

Sonra Leyla Əliyeva Rus Muzeyinin mərmər sarayında Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin (1927-2007) sərgisinin açılışında iştirak edib.

Sərginin açılışından əvvəl Leyla Əliyeva muzey rəhbərliyinin dəvəti ilə I Nikolayın nəvəsi, böyük knyaz Konstantin Romanovun Rus Muzeyindəki məzarını ziyarət edib.

Leyla Əliyeva sərginin açılışında çıxış edərək deyib ki, Azərbaycan ilə Rusiyanı siyasi, iqtisadi və mədəni sahələrdə qədim və möhkəm dostluq telləri bağlayır: “Çox sevindirici haldır ki, Rusiyada da Azərbaycan incəsənətinə maraq göstərilir, bizim mədəniyyətimiz belə geniş və ləyaqətlə təmsil edilib. Rus Muzeyinin yaradılmasından təxminən 120 il keçir. Burada nadir sənət inciləri – Aleksandr İvanovun, Karl Brüllovun, Kazimir Maleviçin və Aleksandr Brodskinin əsərləri nümayiş etdirilir. Həmin əsərlərin bu muzeydə olması bu rəssamların nadir istedadına dəlalət edir. Bu gün biz sizə zəmanəmizin istedadlı və heyrət doğuran rəssamlarından birinin – Rasim Babayevin əsərlərini təqdim edirik. Rasim Babayevin işləri Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyadakı qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır. Rasim Babayevin sağlığında ona Fransaya köçmək və orada işləmək təklif edilib. Lakin o, bu təklifi qəbul etməyib, çünki Azərbaycandan uzaqlarda yarada bilməzdi…Əminəm ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburqda açılan bu sərgi də böyük uğurla keçəcək və təsviri sənətin bütün həvəskarları üçün maraqlı olacaq”.

Leyla Əliyeva sərginin təşkilatçılarına təşəkkürünü bildirib və Rus Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib. 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024