Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-11-2017, 10:34)
NATO-nun qərargah rəisi Azərbaycanla hərbi əməkdaşlıqdan danışdı

NATO-nun qərargah rəisi Azərbaycanla hərbi əməkdaşlıqdan danışdı

 

"Azərbaycan NATO üçün çox vacib müttəfiqdir".

Mediatv.az  Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrində keçirilən "NATO günləri"ndə iştirak etmək üçün Bakıya gələn NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi, polkovnikAleksander Şvab bildirib. 

O xatırladıb ki, Azərbaycanla alyans 1994-cü ildən etibarən sıx əlaqələr qurub: "Bu münasibətlər uzunmüddətlidir və Cənubi Qafqazda ən mühüm əlaqələrdən biri hesab olunur. Azərbaycanda 9 ildir keçirilən "NATO günləri" çərçivəsində aparılan əməkdaşlıqdan məmnunuq. Biz rəsmi Bakının NATO missiyaları və onun əməliyyatlarının bir çox aspektləri ilə əməkdaşlığını müsbət qiymətləndiririk. Azərbaycan göstərdi ki, NATO-nun bir çox proqramlarının dəyərli və mühüm iştirakçısıdır. Azərbaycanın NATO ilə hərbi əməkdaşlıq istiqaməti çox genişdir".

Polkovnikin sözlərinə görə, Azərbaycan NATO tərəfindən təşkil olunan təhsil və təlim əməkdaşlığı fəaliyyətində, həmçinin mütəxəssislər üçün effektiv olan birgə proqramlarda aktiv şəkildə iştirak edir: "Biz NATO-nun Baş qərargahında bütün alyans boyunca ekspertlərin təmsil olunduğundan məmnunuq. Nəticədə, bu, bizə sizin ölkənin müdafiə və təhlükəsizliyi barədə məlumat almağa, digər tərəfdən Azərbaycan zabitləri və NATO qərargahı arasında qarşılıqlı təcrübə mübadiləsini realizə etməyə imkan verir. Hərbi əməkdaşlığın ən əsas ünsürü ünsiyyətdir".

Qərargah rəisi deyib ki, Azərbaycana səfərlərinin əsas məqsədi uğurla əməkdaşlıq etdikləri sahələri nəzərdən keçirməkdir: "Biz buna nail olduq. Azərbaycanın hərbi mütəxəssisləri ilə maraqlı görüşlərimiz oldu, bir daha təhlükəsizlik sahəsində və gələcəkdə əməkdaşlığımızın daha da genişləndirilməsinin mümkün olduğu sahələri nəzərdən keçirdik".

NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin region üzrə zabiti, polkovnik-leytenant Bahadır Uçar isə qeyd edib ki, bu tədbirdə ən mühüm sual gördüyümüz işlərlə əlaqədar fikir mübadiləsi aparmaqdan ibarətdir. "Bu fikirlər həm NATO, həm də Azərbaycan üçün çox faydalıdır. Hər il baş tutan səfərlərimiz çərçivəsində biz hərbi məktəbləri, hərbi akademiyaları və digər hərbi obyektləri ziyarət edərək NATO tərəfindən həyata keçirilən işlər barədə təbliğat aparırıq. Həmçinin Azərbaycan NATO ilə hərbi əməkdaşlıq sahəsində gördüyü müxtəlif işlərin təqdimatını həyata keçirir. Belə tədbirlər bizim qarşılıqlı əlaqələrimiz üçün yaxşı zəmin yaradır".

Operativ İmkan Konsepsiyası şöbəsinin rəhbəri, polkovnik-leytenant Tommi Hirsti Azərbaycan hərbçilərinin peşəkarlığını yüksək qiymətləndirib.

"Azərbaycan Operativ İmkanlar Konsepsiyasına 2004-cü ildə qoşulub. Son qiymətləndirmələr göstərir ki, ümumilikdə, hər şey çox yaxşı təşkil edilib, birləşmələr NATO standartlarına uyğun şəkildə çox yaxşı təşkil edilib. Bu, bütün birləşmələrə aiddir. Zabitləriniz bilik və bacarıqları sayəsində işlərin öhdəsindən hörmətə layiq və Operativ İnsan Konsepsiyasının rəğbətini qazanacaq şəkildə gəlirlər, həmçinin NATO haqqında geniş bilik dairəsi əldə etdiklərini, Azərbaycanla öz təcrübələrini bölüşürlər", - T.Hristi bildirib.

NATO Birləşmiş Komandanlıq qərargahının Brunssumdakı zabiti, mayor İyonel Bokanın sözlərinə görə, Azərbaycan öz hərbi qüvvələri ilə Əfqanıstandakı sülhməramlı missiyaya kömək edir. Bu, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərəfindən keçirilən və hazırda "Qətiyyətli yardım" adı altında keçirilən missiya ilə başlanıb. NATO Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda yardım göstərməsini, həmçinin missiya çərçivəsində peşəkarlığını müsbət qarşılayır. NATO "Qətiyyətli yardım" missiyasını davam etdirəcək. Biz məhz bu baxış bucağından əməkdaşlığımızın uğurla davam etdirilməsini istəyirik".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024