Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-10-2017, 14:30)
UNİCEF: Azərbaycanda özəl şirkətlər analarla bağlı qanunvericiliyi pozur

UNİCEF: Azərbaycanda özəl şirkətlər analarla bağlı qanunvericiliyi pozur

 

"UNİCEF və Səhiyyə Nazirliyinin ana südü ilə qidalanmanın göstəricilərinin aşağı olma səbəbləri ilə bağlı çevik qiymətləndirməsi nəticəsində məlum olub ki, bəzi insanlar ana südünün körpə üçün faydasının nədən ibarət olduğunu bilmir".

Mediatv.az  Report-a istinadən xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib.

O qeyd edib ki, səhiyyə müəssisələrində analara həkimlər tərəfindən verilən məlumatlarla süni qidaların reklamlarındakı məlumatlar arasında ziddiyyət var və bu da analarda çaşqınlıq yaradır: "Ana südü ilə qidalanma uşağın ilk peyvəndi hesab olunur və onu bir sıra ciddi xəstəliklərdən qoruyur. Bundan başqa, bu gün anaların ölümünə səbəb olan döş və yumurtalıq xərçəngindən qoruyur.

Uşaqların ana südü ilə qidalandırılması asan proses deyil. Analar qidalanmadan əlavə, iş, təhsil, ailəyə diqqət kimi önəmli məsələlərlə məşğuldurlar. Bunu nəzərə alaraq, körpənin ana südü ilə qidalanması üçün cəmiyyətin bütün üzvləri anaya dəstək verməlidir.

Hazırda Azərbaycanda analara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli deyil. Bundan əlavə, bir çox süni uşaq qidası satan şirkətlər onun güclü təbliğatını aparır. Bu isə ana südü ilə qidalanma göstəricisinə mənfi təsir edir. Digər tərəfdən, özəl şirkətlər də qanunvericiliyin tələblərinə riayət etmir".

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024