Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-09-2017, 15:00)
Latviya prezidenti: BMT Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir

Latviya prezidenti: BMT Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir

 

"Müstəqil dövlətlərin ərazi bütövlüyünə hamı hörmət etməlidir, Rusiya da istisna deyil". 

Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu Latviya prezidenti Raymonds Veyonis BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın öz qonşularına qarşı heç nəyə əsaslanmayan təcavüzü beynəlxalq təhlükəsizlik qaydalarının ciddi pozulmasıdır: "Beynəlxalq hüququn pozulmasına görə münaqişələri başlayan və dəstəkləyən istənilən təcavüzkar məsuliyyətə cəlb olunmalıdır".

Latviya prezidenti vurğulayıb ki, onun ölkəsi üçün Ukraynada münaqişənin sülh yolu ilə həlli və onun suverenliyinə və ərazi bütövlüyünə hörmət prioritetlərdən biridir: "BMT regional oyunçularla birlikdə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada dondurulmuş münaqişələrin nizamlanmasına yardım etməlidir". 

R.Veyonis Şimali Koreyanın nüvə sınaqları, Suriyada kimyəvi silahların istifadəsi, qlobal terrorizm və BMT-nin islahat zərurəti məsələlərinə də toxunub. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024