Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Dünya (22-08-2017, 13:51)
Gürcüstan prezidentindən Azərbaycana təşəkkür

Gürcüstan prezidentindən Azərbaycana təşəkkür

 

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə ərazisində davam edən meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə qonşu ölkələrə təşəkkür edib.

Mediatv.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə dövlət başçısı keçirdiyi brifinqdə deyib. 

“Mən, təbii fəlakətin aradan qaldırılmasında bizə kömək edən Azərbaycan və Türkiyəyə minnətdarlığımı bildirirəm”, - deyə o, söyləyib.

Prezident qeyd edib ki, yanğının aradan qaldırılması üçün bütün dövlət resursları səfərbər edilib. O, əhaliyə müraciət edərək yaşayış məntəqələrinin təhlükə altında olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir. Yanğının söndürülməsi prosesində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri də iştirak edir. Bu gün Türkiyənin iki helikopterinin də yanğının aradan qaldırılmasına cəlb olunacağı gözlənilir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024