Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Dünya (20-08-2017, 08:36)
ABŞ Rusiyanın ölkədəki baş konsulluqlarından birini bağlaya bilər

ABŞ Rusiyanın ölkədəki baş konsulluqlarından birini bağlaya bilər

 

ABŞ hökuməti Rusiyadan ölkədəki baş konsulluqlarından birini bağlamağı tələb edə bilər, müvafiq qərar sentyabrın 1-dək elan edilə bilər.

Mediatv.az-ın APA-ya istinadla xəbərinə görə, bu addımın Rusiyanın ABŞ-ın diplomatik missiyasının azaldılmasına cavab olaraq atılacağı bildirilir.

Nəşr qeyd edir ki, hazırda ABŞ-ın Rusiyanın üç şəhərində - Sankt Peterburq, Yekaterinburq və Vladivostokda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın isə ABŞ-ın dörd şəhərində - Nyu York, San  Fransisko, Sietl və Hyustonda baş konsulluğu fəaliyyət göstərir.

Rusiyanın hansı baş konsulluğunun bağlanacağı barədə məlumat verilmir. 

Qeyd edək ki, bundan əvvəl Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayını 455 nəfərədək azaldılmasına dair göstəriş verib. Bundan başqa, ABŞ səfirliyinə Moskvadakı bağ evindən və anbarlardan istifadəsinə qadağa qoyulub.

V.Putin ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin 755 əməkdaşının ixtisar ediləcəyini bildirib.  Bu addımlar Konqresin Rusiyaya qarşı sanksiyalar haqqında qanun qəbul etməsinə cavab olaraq atılıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024