Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-07-2017, 13:41)
Zəhranın ölümü ilə bağlı NATO Baş katibinə etiraz

Zəhranın ölümü ilə bağlı NATO Baş katibinə etiraz

 

Bu gün Kiyevdə ATƏT-in Ukrayna ofisinin rəsmi açılış mərasimi keçiriləcək.

Mediatv.az-ın Ölkə.Az-a istinadən məlumatına görə, tədbirdə Ukrayna prezidenti Petro Poroşenko, NATO-nun Baş katibi Yens Stoltenberq və digər rəsmi şəxslər iştirak edəcəklər. 

Həmin vaxt ATƏT-in Ukrayna ofisinin qarşısında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukraynada yaşayan soydaşlarımız tərəfindən Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri - Quliyeva Sahibə İdris qızına və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşiliklərlə bağlı yürüş təşkil olunacaq.

Yürüşün qətnaməsi isə NATO-nun Baş katibi Yens Stoltenberqə təqdim olunacaq. 

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024