Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Kriminal (12-07-2017, 11:50)
Ramil Usubov – Heç bir qüvvə ölkədə qarşıdurma yarada bilməz

Ramil Usubov – Heç bir qüvvə ölkədə qarşıdurma yarada bilməz

 

Azərbaycanda son 5 ildə cinayətlərin orta illik açılması 83 faiz olub.

Mediatv.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.

Nazirin sözlərinə görə, dövr ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 1300 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 3500 odlu silah yığılmış və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edir: “Əldə etdiyimiz müsbət nəticələrdən biri də respublikamızda əhalinin 100 min nəfərinə nisbətdə həm ümumi cinayətlərin (255), həm də ayrı-ayrı növlərin, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların və digər hüquqazidd əməllərin sayının əksər Avropa dövlətləri ilə müqayisədə xeyli az olmasıdır”.

Nazir həmçinin bildirib ki, ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında daxili işlər orqanlarının müstəsna xidmətləri var: “Ötən dövrdə Azərbaycan polisi torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışmış, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirmişdir. Taleyüklü anlarda - dövlətin, xalqın, vətəndaşın maraqları tələb edən zamanda polisin həyatını riskə ataraq böyük rəşadət və qəhrəmanlıqlar nümayiş etdirdiyinin, hətta canından belə keçdiyinin dəfələrlə şahidi olmuşuq. “Mənim polisim məni qoruyur” deyimi də bu gün tam həqiqi mahiyyəti ilə qəbul edilir.  Azərbaycanda ictimai asayiş, təhlükəsizlik etibarlı qorunur və onu heç bir qüvvə təhdid etmək gücündə deyil”. 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024