Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Dünya (12-07-2017, 11:50)
Berdiməhəmmədov: Azərbaycanla əlaqələri bundan sonra da genişləndirmək niyyətindəyik

Berdiməhəmmədov: Azərbaycanla əlaqələri bundan sonra da genişləndirmək niyyətindəyik

 

“Azərbaycan və Türkmənistan arasında zamanın sınağından keçmiş siyasi, iqtisadi, mənəvi-mədəni əlaqələri bundan sonra da genişləndirməyə davam etmək niyyətindəyik”.

Mediatv.az  Türkmənistanın dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin prezidenti Qurbanqulu BerdıməhəmmədovTürkmənistan liderinin 60 illik yubileyi münasibəti ilə Aşqabada gedən Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu ilə görüşündə deyib.

Səfir Q.Berdıməhəmmədova möhkəm cansağlığı, uzun ömür və dost Türkmənistanın çiçəklənməsi naminə fəaliyyətində uğurlar diləyib.

Öz növbəsində, Türkmənistan prezidenti mədəniyyət sferasının sülh, dostluq və xalqların həmrəyliyinin möhkəmləndirilməsindəki vacib rolunu qeyd edib.

“Mədəniyyət tükənməz güc mənbəyidir, o, hər bir xalqın milli xüsusiyyətlərinin formalaşmasına töhfə verir, yaxınlaşma üçün mənəvi körpü rolunu oynayır”, - Türkmənistan prezidenti bildirib. O xatırladıb ki, bu nəcib məqsədlər, eləcə də, Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə, bu ilin aprel ayında Polad Bülbüloğluya “Türkmənistan xalq artisti” fəxri adı verilməsiylə bağlı qərar qəbul edilib.

Q.Berdıməhəmmədov vurğulayıb ki, Türkmənistanda P.Bülbüloğlunu məşhur Azərbaycan müğənnisi, istedadlı bəstəkar, aktyor, görkəmli dövlət xadimi və ictimai xadim, həmçinin təcrübəli diplomat kimi tanıyır və hörmət edirlər.

Sonda Türkmənistan prezidenti səfirə müvafiq Fəxri mükafatın nişanını təqdim edib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024