Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-07-2017, 11:50)
AŞPA Qarabağ münaqişəsinin həlli ilə bağlı Afinada görüş keçirəcək

AŞPA Qarabağ münaqişəsinin həlli ilə bağlı Afinada görüş keçirəcək

 

“Münaqişələrin həllinə həsr edilən növbəti görüşün Avstriyanın Vyana şəhərində keçirilməsi planlaşdırılırdı. Təəssüflər olsun ki, mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar olaraq tərəfdaşları bir yerə yığmaq mümkün olmadığı üçün bu görüş təxirə salınıb”.

Mediatv.az-ın xəbərinə görə, bunu “Report”un Fransa bürosuna açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax deyib. 

O bildirib ki, bu ilin sentyabrın 25-də Yunanıstan paytaxtı Afina şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək: “Bu görüşdə sülhün yaradılması proseslərində iştirak edən bütün tərəfdaşlar, habelə ATƏT-in Minsk qrupunun üzvlərinin iştirakı nəzərdə tutulub. Görüş zamanı Avropa Şurası məkanında olan 4 münaqişənin həlli ilə bağlı müzakirələr aparılacaq, lakin Dağlıq Qarabağ münaqişəsi prioritet hesab edilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlarda fasilə yaranması Ermənistan parlamentindəki dəyişikliklərlə bağlıdır”.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024