Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Cəmiyyət (13-07-2017, 12:15)
MDB ölkələri daxili işlər nazirləri cinayətkarlıqla mübarizəni müzakirə edib

MDB ölkələri daxili işlər nazirləri cinayətkarlıqla mübarizəni müzakirə edib

 

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib.

Mediatv.az Modern-ə istinadən xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanın daxili işlər nazirləri - Ramil Usubov, İqor Şuneviç, Kulmuxanbek Kasımov, Ulan İsroilov, Vladimir Kolokolsev və Abdusalom Azizov, həmçinin Maldova daxili işlər nazirinin müavini Olqeq Babin, həmçinin Ermənistanın nümayəndəsi iştirak edib.

Tacikistanın daxili işlər naziri Ramazon Raximzoda cinayətkarlıqla mübarizə və digər neqativ halların qarşısının alınması sahəsində MDB ölkələrinin daxili işlər nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.

İclasda MDB ölkələrinin daxili işlər nazirlikləri arasında əlaqələrin genişləndirilməsi, 2019-2023-cü illərdə cinayətkarlıqla mübarizə sahəsində dövlətlərarası Proqramın həyata keçirilməsi, dövlətlərarası axtarışda olan şəxslərin yaşadığı ölkəyə qaytarılması ilə bağlı sənədlərin layihəsi, informasiya texnologiyalarından istifadə etməklə cinayətkarlığa qarşı mübarizə və digər məsələlər müzakirə edilib.
 
Tədbirdə MDB ölkələrində cinayətkarlıqla mübarizənin indiki vəziyyəti, operativ-xidməti fəaliyyətin aktual problemləri ilə bağlı qarşılıqlı fəaliyyət, beynəlxalq terrorizm, ekstremizm, narkotik vasitələrin qeyri-qanunu dövriyyəsi ilə bağlı bundan əvvəlki iclaslarda qəbul edilmiş qərarların yerinə yetirilməsi məsələləri də diqqət mərkəzində olub.
 
Görüşün sonunda MDB ölkələrinin daxili işlər nazirlikləri arasında hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə əlaqədar sənədlər imzalanıb.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024