Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Dünya (22-06-2017, 13:12)
Moskva Ermənistandan üz döndərsə, Tehran ona yardım etməyəcək

Moskva Ermənistandan üz döndərsə, Tehran ona yardım etməyəcək

 

Rusiyanın ekspert cəmiyyətində NATO və Ermənistan və ümumiyyətlə,  Yerevanın Qərblə qarşılıqlı fəaliyyətinə dair müzakirələr başlayıb. Bununla əlaqədar “Rosbalt” nəşrinin şərhçisi İrina Corbenadze “Yerevan Qərbə meyl göstərməyə hazırdırmı və buna görə Rusiya və İran onu necə cəzalandıracaq?” sualını birbaşa qoyub. 

Mediatv.az AZE.az-a istinadən xəbər verir ki, belə mülahizələrə səbəb NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Yerevana səfəri, Serj Sarkisyan və parlament spikeri Ara Babloyanla görüşü olub.

Qeyd edilir ki, Appaturayın səfəri Ermənistan və Aİ arasında əməkdaşlığa dair sazişin imzalanması ərəfəsində baş tutub. “Ermənilər “mehriban buzov” fəlsəfəsində bir neçə dəfə yanılıblar, amma deyəsən, bir daha risk etmək qərarına gəliblər”, - Corbenadze bəyan edib. 

Yeri gəlmişkən, “Novosti-Armeniya” nəşrinə verdiyi müsahibədə Appaturay Ermənistanın həm NATO-nun etibarlı tərəfdaşı, həm də KTMT-nin üzvü ola biləcəyini iddia edib. Bunun necə mümkün olacağının təfərrüatlarını isə açıqlamayıb. 

Ermənistan həqiqətənmi üzünü Qərbə çevirib, Rusiya və İran buna necə reaksiya verəcək?

Daxili və xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk haqqin.az ilə söhbət zamanı qeyd edib ki, Ermənistan heç vaxt ABŞ, Avropa İttifaqı və Qərblə əlaqələrini kəsməyib. 

“Bir neçə il öncə, Ukrayna və onun Moskva ilə münasibətinə dair sual meydana çıxarkən, Yerevan Avropa deyil, Avrasiya inteqrasiyasını seçdi. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadiyyat və Qarabağ münaqişəsi də daxil olmaqla, Rusiyanın onun bütün problemlərini həll edəcəyinə inanırdı”, - analitik deyib. 

Amma son illər ərzində istənilən prosesin özünəməxsus çətinlikləri olduğu üzə çıxdı. Erməni tərəfi bu çətinlikləri, sadəcə, görüb qeyd etməklə qalmır, həm də onları öz siyasətçiləri, ekspertləri, jurnalistləri vasitəsilə birbaşa olaraq Rusiyaya ünvanlayır. 

“Avropa və Avrasiya inteqrasiyasının müqayisəli mənfi və müsbətlərinə baxmayaraq, Yerevan ikinci halda müsbətin daha çox olduğunu anlayır. Ən azından, hələlik anlayır. Ona görə də risk etməyə hazırlaşmır. Amma vəziyyət pisləşərsə, bütün variantları və ən əsası, Ermənistanın Qərblə əlaqələrinin güclənməsini nəzərə almaq lazımdır. Burada təccüblü heç nə yoxdur: məlum olduğu kimi balıq suyun dərinini, insan isə yerin rahatını yer axtarır”.

Trofimçukun sözlərinə görə, Avropa İttifaqı, NATO və digər Qərb strukturları, Yerevandan, necə deyərlər, inciməyəcəklər. Onlar gözləyə bilərlər, çünki tələsmirlər. Bu səbəbdən də Qərb-Ermənistan xətti üzrə münasibətlərin formatı hazırda əlaqələrin dəstəklənməsi və yaxud da fəal dəstəklənməsidir. Erməni hakimiyyətinə bu əlaqələri Rusiya qadağa edə bilməz, çünki bura SSRİ deyil. 

Ekspertin fikrincə, Ermənistanın bundan sonrakı addımları yalnız RF-nin daxil olduğu regional blokların uğurundan deyil, tamamən geosiyasi vəziyyətdən asılı olacaq. Təəssüf ki, bu vəziyyət yaxşılaşmır, əksinə, pisləşir, bunu yetərincə dəqiq və açıq demək olar.  

“Ermənistan Qərb fəallığına İranın reaksiya verməsi ikinci dərəcəli məsələdir. Ermənistan üçün Rusiyanın reaksiyası daha vacibdir, nəinki Tehranın. Axı Moskva Ermənistandan üz döndərərsə, Tehran (hətta iki Tehran) ona yardım etməyəcək. Moskva ilə müqayisədə İran heç vaxt həddən artıq səxavətli olmayıb”, - həmsöhbət vurğulayıb. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024