Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-06-2017, 11:15)
Yohannes Han Azərbaycana səfərə gəlib

Yohannes Han Azərbaycana səfərə gəlib

 

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycana səfərə gəlib.

Mediatv.az  Report-a istinadən xəbər verir ki, birgünlük səfər zamanı Y.Han noyabrda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.

"Şərq Tərəfdaşlığı" sammitini, eləcə də, yaxın gələcəkdə əməkdaşlığımızı necə genişləndirə və dərinləşdirə biləcəyimizi müzakirə etmək məqsədilə Azərbaycana - Avropa İttifaqı üçün vacib tərəfdaş olan ölkəyə səfər edirəm. Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyətlərini də prosesə cəlb etməklə, əhəmiyyətli iqtisadi və demokratik islahatlara nail olmaq üçün göstərdiyi səylərdə dəstək olmağa hazırdır", - Y.Han Bakıya səfərindən əvvəl bildirib.

Səfər zamanı Avropa komissarı Aİ və Azərbaycan arasında yeni saziş üzrə davam edən danışıqlar, eləcə də, tərəfdaşlıq prioritetləri və əməkdaşlığın gələcək sahələri barədə müzakirə aparmaq üçün dövlət rəsmiləri ilə görüşəcək.

O, həmçinin iyunun 8-də Bakıda keçirilmiş Aİ-Azərbaycan biznes forumunun nəticələrini müzakirə etmək üçün özəl sektorun və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşəcək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edəcək, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024