Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Dünya (20-06-2017, 12:28)
Qəzzafinin oğlu Liviyanın yeni ümidi olacaq?

Liviya hakimiyyəti 5 ildən sonra Seyfülislam Qəzzafini azad edib.

Mediatv.az Missiya.Az  istinaden xəbər verir ki, devrilmiş Liviya lideri Müəmmar Qəzzafinin oğlu Seyfülislam Qəzzafi azadlığa buraxılıb. Bu barədə Fransa televiziyasına onun vəkili Kərim Xan məlumat verib. Vəkil bildirib ki, Tobrukda yerləşən Liviya hökumətinin elan etdiyi amnistiya çərçivəsində Seyfülislam Qəzzafi bu ilin aprelində azadlığa buraxılıb. 

Qeyd edək ki, Qəzzafinin varisi hesab olunan və etirazlara qarşı əsas müqaviməti təşkil edən Seyfülislam daha sonra ələ keçmiş və üsyançıları hədələdiyi sağ əlinin barmaqları kəsilmişdi. 2015-ci ildə Liviya məhkəməsi Seyfülislam barəsində edam qərarı vermişdi. Ancaq hazırda ölkədə davam edən müharibə, şərtlərin dəyişməsi, görünür, yeni Liviya hökumətinin qərarına təsir edib. S.Qəzzafi 2011-ci ilin payızında, atasının öldürülməsindən az sonra ələ keçmişdi. 5 il həbsdə qalan Seyfülislam etirazçılara qarşı kəskin güc tətbiqi, onları öldürmək, kənd və şəhərləri mühasirədə saxlamaq, ictimai əmlaka zərər vurmaqda günahlandırılaraq 2015-ci ildə edam cəzasına məhkum edilmişdi.

1969-cu ildən 2011-ci ilə qədər Liviyanı təkbaşına idarə edən polkovnik Müəmmar Qəzzafi “ərəb baharı” dalğasında başlayan üsyan və ardınca NATO-nun hava zərbələri sonrası devrilmiş, daha sonra qaçarkən ələ keçirilərək öldürülmüşdü. Onun 8 övladından biri olan Seyfülislam atasının gələcək varisi, diktatorun parlaq övladı hesab olunurdu. Bu səbəbdən də Liviyada başlayan etirazlara qarşı əsas mübarizə aparan da Seyfülislam idi.

1972-ci ildə anadan olmuş Seyfülislam İngiltərədə təhsil alıb, dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan London İqtisad Məktəbinin məzunu olub. Eyni zamanda Liviyada yeni islahatçı lider, Qərblə yaxınlaşmanın əsas memarı olaraq tanınan Seyfülislamın atasından sonra Liviyaya rəhbərlik edəcəyi gözlənilirdi. Ancaq 2011-ci ilin gəlməsi ilə hər şey dəyişdi. Ancaq bütün dünya Liviyaya qarşı olanda, NATO havadan və gəmilərdən Liviyanı bombalayanda ortada görünən Seyfülislam idi və Qərbə meydan oxuyurdu.


Maraqlıdır ki, Qəzzafinin öldürülməsində əsas səbəblərdən biri olaraq qeyd olunan amil həm də Seyfülislamın adı ilə bağlıdır. 2011-ci ildə etirazlar davam edən zaman Seyfülislam Qəzzafi “Euronews” telekanalına verdiyi müsahibədə 2007-ci il prezidenti seçkiləri zamanı atasının Fransanın o zamankı prezidenti Nikolya Sarkozinin seçki kampaniyasına böyük məbləğdə maliyyə yardımı etdiyini bildirmişdi. Bu açıqlama o zaman siyasi dairələrdə geniş rezonans doğurdu. Sitat: “Əvvəlcə Sarkozi seçki kampaniyasına verdiyimiz pulları bizə geri qaytarmalıdır. Onun seçki kampaniyasını biz maliyyələşdirdik. Bütün detallar əlimizdədir və açıqlamağa hazırıq. O təlxəkdən yeganə istəyimiz Liviya xalqının pullarını geri qaytarmasıdır”.


Bu açıqlama dünyada böyük rezonans doğurdu. Amma ardınca yayılan gizli məlumatlardan belə məlum oldu ki, Qərb ölkələri Liviyaya qarşı sanksiyalar tətbiq etsələr də, bu ölkə ilə gizli bazarlıqlarını davam etdiriblər. Britaniya, Almaniya, Fransa, İtaliya kimi aparıcı NATO ölkələrinin embarqo dönəmində Liviyaya silah satdığı haqda sənədlər üzə çıxdı. Bəzi iddialara görə, Qəzzafinin qaçarkən konvoyunun NATO qırıcıları tərəfindən vurulması, özünün isə yaralı şəkildə üsyançıların əlinə keçməsi və bu zaman iki Fransa xüsusi xidmət əməkdaşının da içərisində olduğu qrup tərəfindən linç edilərək öldürülməsi Qəzzafinin susdurulması planı idi.

Atasının öldürülməsindən bir ay sonra isə noyabrda Seyfülislam Liviyanın cənubunda tutuldu və Qərbi hədələdiyi sağ əlinin şəhadət və orta barmaqları kəsildi. Təhdidləri ona baha başa gəlmişdi.

İndi isə vəkilinin dediyinə görə, aprelin 12-də azad edilən Seyfülislam hazırda Liviya ərazisindədir, onun həyatına təhlükə yoxdur. Məsələ ondadır ki, indi Seyfülislam üçün ən təhlükəsiz yer elə Liviyadır. Çünki Qəzzafidən sonra dağılıb xaraba qalan Liviyada formal olaraq iki, qeyri-rəsmi və daha artıq hakimiyyət mövcuddur, ölkə tamamilə xaraba qalıb, yaxın zamanlarda nəinki sabitliyin əldə olunması gözlənilmir, əksinə, ölkənin iki və ya üç hissəyə bölünməsi ehtimalı var. Hazırda ölkənin şərqi və qərbində iki siyasi iqtidar mövcuddur. Dərnə şəhəri və ətrafı isə İŞİD-in nəzarətindədir. Qəzzafilərin güclü tayfaları var və müharibədən bezən, Qəzzafi dövrünü həsrətlə xatırlayan yüz minlərlə insanın yaşadığı Seyfülislam üçün ciddi təhlükə yoxdur. Əksinə, Qərbdə və ya gedəcəyi başqa ölkələrdə ondan qisas ala bilərlər. Bu səbəbdən də Seyfülislam hələlik Liviyadadır. Çünki mümkündür ki, onu azad edən hakimiyyət ölkədə birliyin əldə olunması və sülh bağlanması üçün oğul Qəzzafinin dəstəyindən istifadə etmək istəyir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024