Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-05-2017, 11:13)
İslahatlar qapıda: Nazir müavinləri ixtisar olunacaq

İslahatlar qapıda: Nazir müavinləri ixtisar olunacaq

 

Hökümərdə aparılacaq struktur islahatları Nazirlər Kabinetinin, Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə öz əksini tapıb, “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

Mediatv.az "Qaynarinfo"-ya istinadən xəbər verir ki, bu haqda xəbəri “Yeni Müsavat” yayıb. Qəzet iddia edir ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq dövlət başçısına təqdim edilib. 

Bildirilir ki, nazirlik və fəaliyyəti davam etdiriləcək komitələrdə maksimim iki müavin (istisna hallar mümkündür) üçün ştat saxlanılacaq. Çünki elə nazirliklər və komitələr var ki, orada 3, hətta 4 müavin ştatı var ki, onlar mütləq ixtisar olunmalıdır. Komitələrdə isə bir müavin olacaq. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq. 

Eynilə Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. Gənclər və İdman İdarəsi, İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir. Nazirlər Kabinetinə ciddi “əl gəzdiriləcək”. Ən böyük “şişmə”nin də məhz Nazirlər Kabinetində olduğu söylənilir.

İddia olunur ki, ciddi islahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də şamildir, icra başçısının yalnız bir müavini olacaq ki, o, həm humanitar, həm sosial məsələləri kurasiya etməlidir. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024