Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-05-2017, 13:46)
Araz Əlizadənin qalmaqallı müsahibəsinə sərt reaksiya: Onun ağzının qıfılını kim açıb bilmirəm, amma...

Araz Əlizadənin qalmaqallı müsahibəsinə sərt reaksiya: Onun ağzının qıfılını kim açıb bilmirəm, amma...

 

Millət vəkili Araz Əlizadə müsahibə verərkən “Rəsulzadə Azərbaycan üçün heç nə etməyib, Elçibəy də qiyamla prezident olmuşdu...”, - deyə fikir səsləndirib.

Mediatv.az-ın məlumatına görə, Araz Əlizadənin səsləndirdiyi fikirlərə sfera.az vasitəsilə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, Rəsulzadənin dəyərini tarix və xalq kifayət qədər əhatəli şəkildə verib:

“Azərbaycan tarixində Məhəmməd Əmin Rəsulzadə masştabında, həqiqətən də müstəqilliyimizdə rolu olan nə qədər böyük şəxsiyyətlər olsa da, o masştabda XX əsrin əvvəllərində böyük siyasi liderlərin yetişmədiyini zənn edirik. Buna kimin nə qiymət verməsi artıq mənasızdır. Rəsulzadənin yüksəltdiyi və idea müəllifi olduğu bayrağı, himni və dəyərləri bu gün Azərbaycan xalqı yaşadırsa, artıq qiymət verilib. Araz Əlizadənin verdiyi qiymət mənasız və qərəzlidir. Elçibəyə gəldikdə isə, o qiyam yolu ilə hakimiyyətə gəlməyib. Bu, yalnış fikirdir, çünki Elçibəy seçki yolu ilə hakimiyyətə gəlib. Və hər hansı şəkildə qanun pozuntusu da olmayıb. Artıq şərhə ehtiyac yoxdur, tamamilə, yalnış yanaşmadır”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Rəsulzadə və Elçibəy Araz Əlizadə kimilərin ideoloji düşmənləridir:

“Araz Əlizadənin ağzının qıfılını kim açıb bilmirəm, amma ümidlənməsin. Azərbaycanın istiqlalı əbədidir və indi ölkəmizdə Əliheydər Qarayevlərin meydan sulaması üçün imkan yoxdur. Əvvəla, dünyasını dəyişmiş insanlar haqqında ittiham səsləndirmək zəif adamların üslubudur. Nə Rəsulzadənin, nə də Elçibəyin Araz Əlizadəyə cavab vermək imkanı yoxdur. Allah rəhmət eləsin. Əgər belə bir imkanları olsaydı da, yəqin ki, cavab verməzdilər. Mən Araz Əlizadənin Azərbaycanın indiki iqtidarına, onun ideoloji prinsiplərinə, siyasi kursuna da dost olduğunu düşünmürəm.

Hakimiyyət nəyin bahasına olursa-olsun Azərbaycanın müstəqil dövlət kimi inkişafını, müstəqil siyasət yürütməsinin tərəfdarıdır və atdığı addımlar da bunu sübuta yetirir. Cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mühüm sərəncam imzalayıb. Gələn il biz Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə qeyd edəcək, Cümhuriyyət qurucularını, o cümlədən Məhəmməd Əmin Rəsulzadəni sayğıyla anacağıq. Yəni hakimiyyətin Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularına münasibəti ortalıqdadır.

Bu baxımdan, Araz Əlizadənin Rəsulzadəni hədəf seçməklə iqtidara xoş görsənməyə çalışmadığı ortalıqdadır. O zaman kimə xoş görsənməyə çalışır? Cavab sadədir: Azərbaycanın rus imperiyasından qoparaq müsəlman şərqində ilk demokratik respublika qurmasını, rus-bolşevik işğalından sonra yenidən dövlətçiliyini bərpa etməsini həzm edə bilməyənlərə”.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024