Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-06-2017, 11:56)
Novruz Məmmədov: "AŞPA-nın Türkiyəyə qarşı münasibətini tamamilə ədalətsiz hesab edirik"

Novruz Məmmədov: "AŞPA-nın Türkiyəyə qarşı münasibətini tamamilə ədalətsiz hesab edirik"

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyəyə qarşı göstərdiyi bu münasibəti, əlbəttə ki, tamamilə ədalətsiz hesab edirik. AŞPA-nın Türkiyəni yenidən monitorinq altına alması ilə bağlı qərarı Avropada, Avropanın müəyyən strukturlarında gedən proseslərdir ki, bunlar bir əsas xətdə özünü göstərir.

Mediatv.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov jurnalistlərə deyib.

PA rəsmisi qeyd edib ki, bununla bağlı mövqeyimizi bildirmişik və bu proseslərin nəticələrinin hara aparacağını Avropada görəcəklər:

"Avropa İttifaqı və Avropa ölkələri ilə Türkiyə arasında münasibətlərin çox böyük tarixi var. Avropanın, eləcə də Qərbin ən mühüm qurumu olan NATO Türkiyəni əsas üzvlərindən biri hesab edir. Uzun müddət soyuq müharibə zamanı Türkiyə Avropanın arxasında, sanki, bir qalxan kimi dayanmışdı. O zamana qədər Türkiyəyə olan münasibəti siz bilirsiniz. Amma indi vəziyyət bir qədər dəyişəndən sonra bütün bu proseslərə baxmayaraq, Avropa İttifaqı, Avropa qurumları Türkiyəyə bu cür münasibət göstərirlər və Avropa İttifaqının qapısı ağzında ölkəni 30 ilə yaxın saxlayırlar. Bu proseslərdə ədalətli mövqe yoxdur. Hansı tərəfin nədə marağı varsa, ona addım atır, yoxdursa, tez unuda bilir".

N.Məmmədov deyib ki, son 25 il ərzində SSRİ və Varşava müqaviləsi dağılandan sonra dünyanın yeganə aparıcı qüvvəsi olan Qərb ümumiyyətlə, çox böyük səhvlər etdi və bu səhvlər indi də davam edir: "Bunun dünyada nə qədər gərginliyə gətirib çıxardığını görürük. Bu proseslərin heç kimə xeyiri, faydası yoxdur".

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024