Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-04-2017, 13:24)
Amerikalı professor: "Bu münaqişə artıq həll edilməlidir"

Amerikalı professor: "Bu münaqişə artıq həll edilməlidir"

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhü və sabitliyi ciddi təhlükə altında qoyur.

Mediatv.az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda iştirak edən ABŞ-ın Koastal Kaliforniya ("Coastal California") Universitetinin professoru Kristofer Qann deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tədqiq edir: "Azərbaycana gəlməyimin səbəblərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığım tədqiqatdır".

K.Qann bildirib ki, Avropanı tərk edib Ermənistana gələn erməni terroristləri də Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhü və sabitliyi təhlükə altında qoyur və "soyuq müharibə" bitəndən bu günə qədər davam edir. Bu münaqişə artıq həll edilməlidir. Münaqişənin bu günə qədər həllini tapmaması bir faciədir".

Professor vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bu məsələ tezliklə həllini tapmalıdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı qətnamələrinə gəlincə isə, K.Qann bildirib ki, bu qətnamələrin indiyə kimi yerinə yetirilməməsi inanılmazdır:

"BMT-nin dünyada bir sıra münaqişələrlə bağlı qətnamələrinin yerinə yetirilməsinin nümunələri mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin yerinə yetirilməsi istiqamətində bu günə qədər fəal işin aparılmamasının səbəblərindən biri də həm Qərbdə, həm də BMT-də mövcud olan ikiüzlülük və ikili standartlardır".

K.Qann əlavə edib ki, Azərbaycan bu regionda ən qüdrətli və sabitliyin, əmin-amanlığın təmin olunmasında əsas dövlətdir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024