Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-04-2017, 20:36)
Sabah Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcək

Sabah Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcək

 

Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçiriləcək.

Mediatv.az-ın APA-ya istinadla məlumatına görə, səsvermə ölkənin əksər bölgələrində yerli vaxtla saat 08:00-17:00 arasında baş tutacaq. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07:00-da başlayıb, 16:00-da bitəcək.

Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslər ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə qədər artırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası dəyişikliyi dəstəkləsə də, Cümhuriyyət Xalq Partiyası (CHP) bunun əleyhinədir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024