Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-04-2017, 13:31)
İrəvana verilən vaxt bitdi

ATƏT-in Minsk Qrupu danışıqlar prosesinin növbəti raundunu təşkil etməkdə maraqlı görünür.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq hesab edir ki, əsas aparıcı ölkələrdən olan ABŞ xarici siyasət kursunda Yaxın Şərq, Şimali Koreya ilə bağlı sərgilədiyi sərt mövqeni eynilə Dağlıq Qarabağ məsələsində də ortaya qoymalıdır:

“Trampın siyasi prioritetləri içərisində Ermənistana qarşı təzyiq də yer alarsa, bu, ABŞ-ın prinsiplərinə sadiqlik demək olardı. Əgər Tramp geosiyasi məsələrlə bağlı sərt addımlar atırsa, onda ABŞ əraziləri işğal altında olan dövlətlərin ərazi bütövlüyü ilə bağlı da hərəkətə keçməlidir və işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Bu, Bakının qarşısında duran ən əsas prioritetlərdəndir. Hesab edirəm ki, Azərbaycan diplomatiyası məhz bu istiqamətə yönəlməlidir. Vaşinqtonun bu məsələdə Bakının yanında yer alması çox önəmlidir. Düşünürəm ki, danışıqlar gec-tez bərpa olunacaq. Ermənistanın başqa çıxış yolu yoxdur. Əgər Minsk Qrupu hələ də fəaliyyət göstərirsə, deməli, danışıqlar prosesi mütləq davam etdirilməlidir. Hazırkı durum İrəvanı hərb və sülh yolundan biri ilə bağlı seçim etməyə məcbur edir. Başqa bir variant ola bilməz. Zənnimcə, həmsədr dövlətlər yaxın vaxtlarda danışıqlar prosesinin növbəti raundunu təşkil edəcəklər”.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024